Astana görüşü: Ərdoğan və Putin hansı məsələləri müzakirə edəcək?

Astana görüşü: Ərdoğan və Putin hansı məsələləri müzakirə edəcək?

Astanada keçiriləcək sammitdə Rusiya prezidenti Vladimir Putinin “Şimal axını”ndan Avropaya qaz tranzitinin Qara dənizə daşınması və Türkiyədə Avropanın ən böyük qaz qovşağının yaradılması təklifinə baxılacaq.

Sfera.az Türkiyə mətbuatına istinadən bildirir ki, təklif Rusiya prezidentinin Astanada türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla gözlənilən görüşü zamanı nəzərdən keçiriləcək.

Xatırladaq ki, Putin Rusiyanın “Şimal axını” vasitəsilə Avropaya qaz tədarük etməyə hazır olduğunu bildirmişdi. Daşınma zamanı Baltik dənizi əvəzinə Qara dəniz tranzitindən istifadə olunacaq. Putin Avropanın ən böyük qaz qovşağının Türkiyədə yaradıla biləcəyini vurğulayıb.

Putinin çıxışından sonra Rusiyanın “Qazprom” şirkəti Türkiyə və Avropa İttifaqı sərhədində qazpaylayıcı qovşaq inşa edə biləcəyini açıqlayıb.

Öz növbəsində Türkiyənin enerji və təbii ehtiyatlar naziri Fatih Dönməz Rusiya prezidentinin təklifinin nəzərdən keçiriləcəyini bildirib. O, Rusiya tərəfinin artıq analoji infrastruktur obyektləri inşa etdiyini qeyd edib.

Qeyd edək ki, Ərdoğan və Putin arasında görüş oktyabrın 13-də Astanada baş tutacaq. Ölkə liderləri Ukraynadakı münaqişəni, ikitərəfli münasibətləri müzakirə edəcək, cari məsələlər ətrafında fikir mübadiləsi aparacaqlar.

 

Aynil


OXŞAR XƏBƏRLƏR

Xalq artisti Ənvər Həsənovun dəfn yeri MƏLUM OLDU

Ötən gün axşam saatlarında vəfat edən Xalq artisti Ənvər Həsənov bu gün torpağa tapşırılacaq.   Sfera.az xəbər verir ki, bu barədə onun yaxınları məl...

ABŞ-də tornado nəticəsinə ölənlərin sayı 36-ya çatdı

ABŞ-nin bir neçə ştatını vuran qasırğa nəticəsində ölənlərin sayı 36-ya çatıb.   Sfera.az xəbər verir ki, məlumatı ABŞ prezidenti Donald Tramp Truth ...

40 alpinistin gözü qarşısında faciəli şəkildə vəfat edən Devid Şarpın hekayəsi

Everest dünyanın ən yüksək zirvəsi və eyni zamanda ən təhlükəli dağlarından biri kimi tanınır. Zirvəyə çatmaq üçün tələb olunan fiziki dözümlə yanaşı, həddindən...

YUĞ-da nə baş verib? - Teatr üzr istədi

Azərbaycan Dövlət YUĞ Teatrında nümayiş olunan “Asılqan” tamaşası yarımçıq dayandırılıb.   Sfera.az Teleqraf-a istinadla xəbər verir ki, ...

Nazirlik Xalq artistinin ölümü ilə bağlı nekroloq yaydı

Xalq artisti Ənvər Həsənovun Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətləri dövlətimiz tərəfindən yüksək qiymətləndirilib.   Sfera.az xəbər v...

Paşinyan Makronla sülh müqaviləsindən danışdı

Ermənistanın Baş naziri Nikol Paşinyan Fransa Prezidenti Emmanuel Makronla telefon danışığı aparıb.   Sfera.az xəbər verir ki, bu haqda “Sputni...