“Pfizer” rəsmisindən ŞOK ETİRAF: “Koronavirus peyvəndləri sınaqdan keçirilməyib”

“Pfizer” rəsmisindən ŞOK ETİRAF: “Koronavirus peyvəndləri sınaqdan keçirilməyib”

Koronavirus peyvəndlərinin təhlükəsizliyi uzun müddətdir, müzakirə mövzusu olub. Bu fonda peyvənd istehsalçılarından biri olan “Pfizer”dən səs-küylü açıqlama gəlib.

 

Sfera.az bildirir ki, bu gün Avropada fəaliyyət göstərən bir çox əczaçılıq şirkətlərinin rəhbərləri və rəsmilərinin iştirakı ilə Avropa Parlamentində (AP) iclas keçirilib.

 

Əczaçılıq şirkətləri Avropa Parlamentinin deputatları tərəfindən sorğulanıb. Sessiyaya qatılan “Pfizer” rəsmilərindən birinin koronavirusa qarşı vaksinlərlə bağlı etirafı isə gündəm olub.

 

Belə ki, parlamentin hollandiyalı üzvü Rob Roos “Pfizer” rəsmisinə "Koronavirus peyvəndi istifadəyə verilməmişdən əvvəl xəstəliyin yayılmasının qarşısını alıb-almaması istiqamətində sınaqdan keçirilibmi? Əgər sınaqdan keçirilibsə, məlumatları komissiyamızla bölüşmək mümkündürmü?" sualını ünvanlayıb. O həmçinin, suala aydın cavab tələb edərək, "Bəli və ya yox. Cavab verin”, deyə bildirib.

 

“Pfizer” rəsmisi isə sınaqların aparılmadığını deyib: "Bazara çıxmazdan əvvəl peyvəndlərin yoluxmanın qarşısını alıb-almadığını bilirdikmi? Xeyr. Biz elmin sürəti ilə hərəkət etməli və bazarın necə işlədiyini öyrənməli idik”, deyə o söyləyib.

 

Türkan,

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Xalq artisti Ənvər Həsənovun dəfn yeri MƏLUM OLDU

Ötən gün axşam saatlarında vəfat edən Xalq artisti Ənvər Həsənov bu gün torpağa tapşırılacaq.   Sfera.az xəbər verir ki, bu barədə onun yaxınları məl...

ABŞ-də tornado nəticəsinə ölənlərin sayı 36-ya çatdı

ABŞ-nin bir neçə ştatını vuran qasırğa nəticəsində ölənlərin sayı 36-ya çatıb.   Sfera.az xəbər verir ki, məlumatı ABŞ prezidenti Donald Tramp Truth ...

40 alpinistin gözü qarşısında faciəli şəkildə vəfat edən Devid Şarpın hekayəsi

Everest dünyanın ən yüksək zirvəsi və eyni zamanda ən təhlükəli dağlarından biri kimi tanınır. Zirvəyə çatmaq üçün tələb olunan fiziki dözümlə yanaşı, həddindən...

YUĞ-da nə baş verib? - Teatr üzr istədi

Azərbaycan Dövlət YUĞ Teatrında nümayiş olunan “Asılqan” tamaşası yarımçıq dayandırılıb.   Sfera.az Teleqraf-a istinadla xəbər verir ki, ...

Nazirlik Xalq artistinin ölümü ilə bağlı nekroloq yaydı

Xalq artisti Ənvər Həsənovun Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətləri dövlətimiz tərəfindən yüksək qiymətləndirilib.   Sfera.az xəbər v...

Paşinyan Makronla sülh müqaviləsindən danışdı

Ermənistanın Baş naziri Nikol Paşinyan Fransa Prezidenti Emmanuel Makronla telefon danışığı aparıb.   Sfera.az xəbər verir ki, bu haqda “Sputni...