Putindən TAPŞIRIQ: Ailələrə 100 min rubl veriləcək

Putindən TAPŞIRIQ: Ailələrə 100 min rubl veriləcək

Rusiya Prezidenti Vladimir Putin regional hakimiyyət orqanlarına əhalinin mənzillərini qaz şəbəkəsinə qoşa bilməsi üçün pul ayırmağı tapşırıb. 


Sfera.az xəbər verir ki, bu haqda məlumatı TASS yayıb. 


Məlumata əsasən, bu məqsədlə ehtiyacı olan ailələrə zəruri avadanlıqların alınması və qoşulma xərcləri üçün 100 min rubl (2600 manat) məbləğində subsidiyalar ayrılacaq.


Putin deyib ki, bir çox rusiyalının ailə büdcəsi qaz avadanlıqlarının alınması və quraşdırılması xərclərini ödəməyə imkan vermir:

 

“Bu, ilk növbədə, çoxuşaqlı ailələrə, veteranlara, əlillərə və aztəminatlı ailələrə aiddir. Belə bir vəziyyətdə bu kateqoriyadan olan vətəndaşlara kömək etmək lazımdır”. 


Bununla belə, Putin qeyd edib ki, bütün regionların qaza qoşulmağa ehtiyacı olan vətəndaşlara hər birinə 100 min rubl vermək imkanı yoxdur.


Qeyd edək ki, 2021-ci ilin iyununda Vladimir Putin pulsuz qazlaşdırma haqqında qanunu imzalayıb. Birinci mərhələ 2023-cü ilə, ikinci mərhələ 2030-cu ilə qədər həyata keçirilməlidir. 


Vasif,
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Sumqayıtda avtobus piyadanı vuraraq öldürüb

Sumqayıtda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub.   Sfera.az "Oxu.Az"-a istinadən xəbər verir ki,...

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin Nizamnaməsində dəyişiklik edilib - FƏRMAN

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin Nizamnaməsində dəyişiklik edilib.   Sfera.az AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev bun...

Dövlət Agentliyinin hərbi qulluqçuları təltif edilib - Siyahı

Prezident İlham Əliyev Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin hərbi qulluqçularının təltif edilməsi barədə Sərəncam imzalayıb.   Sfera.a...

Bu bürclər ehtiyatlı olmalıdır - Vacib qərarlar təxirə salınmalıdır

Bu günlər astroloji baxımından maraqlı təsirlərlə doludur. Merkuri retroqradı Qoç bürcündə başlayır və 29 martda Balıq bürcünə keçərək 7 aprelə qədər davam edəc...

Azərbaycan Prezidenti Nasir Əbdürrəhmanı “Dostluq” ordeni ilə təltif edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nasir Əbdülkərim Əbdürrəhmanın “Dostluq” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb. ...

Avropada orta ömür müddəti artıb – Ən uzun bu xalqlar yaşayır

Avropa Statistika İdarəsi (Eurostat) Avropa İttifaqı (Aİ) ölkələrində orta ömür müddətinə dair yeni hesabatını açıqlayıb. Məlumatlara görə, 2023-cü ildə Aİ ölkə...