Bu il Azərbaycanda bank əmanətçiləri real gəlir əldə etməyəcək SƏBƏB

Bu il Azərbaycanda bank əmanətçiləri real gəlir əldə etməyəcək – SƏBƏB

Bu il Azərbaycanda qeydə alınan inflyasiya əmanətlərə görə verilən faizlərdən yüksək olacaq. Buna görə də 2022-ci ildə bank əmanətçiləri real gəlirə sahib olmayacaq. 


Sfera.az bildirir ki, 2022-ci ilin yanvar-avqust ayları ərzində inflyasiya 13,2 faizə yüksəlib. Hökumətin və Mərkəzi Bankın proqnozuna əsasən, ilin yekununda inflyasiya 12 faiz olacaq. 


Hazırda Azərbaycan bankları müştərilərinə ən yüksək faizi manatla olan əmanətlərə görə ödəyir. Manatla olan əmanətlər üzrə 11 faizə divident verilir. Xarici valyutada olan əmanətlərdə isə ən yüksək illik faiz 2-2,5-dir.  


Əgər bu il inflyasiya 12 faiz olarsa, o halda, banklar müştərilərinə real gəlir verməyəcək. 


Qeyd edək ki, belə vəziyyət dünyanın əksər ölkələrində, o cümlədən ABŞ və Avropada da müşahidə edilir. Həmin ölkələrdə illik inflyasiya 8-10 faiz səviyyəsində olduğu halda, banklar müştərilərinə illik 2-3 faiz divident ödəyir. 


Vasif,
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Ay peykinin daxilində nə var? - "Yerə bənzəyir" - FOTOLAR

Ay peykinin daxili quruluşu ilə bağlı illərdir davam edən sirr, son araşdırmalarla nəhayət açılıb. Fransanın Milli Elmi Tədqiqatlar Mərkəzindən (CNRS) astronom ...

Belarus “Oreşnik”i istifadəyə verəcək - "Sabah Putinlə danışacağıq"

Belarus bu ilin sonuna kimi Rusiyanın ən son orta mənzilli “Oreşnik” ballistik raket sisteminin iki buraxılış qurğusunu istifadəyə verməyə hazırdır....

Azərbaycanda uşaq bağçasında uçqun - dağıntılar altında az yaşlı var

Bərdədə uşaq bağçasında uçqun olub.     Sfera.az xəbər verir ki, Trend-in yerli müxbirinin əldə etdiyi məlumata görə, hadisə Bərdə şəhər...

Sumqayıtda avtobus piyadanı vuraraq öldürüb

Sumqayıtda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub.   Sfera.az "Oxu.Az"-a istinadən xəbər verir ki,...

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin Nizamnaməsində dəyişiklik edilib - FƏRMAN

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin Nizamnaməsində dəyişiklik edilib.   Sfera.az AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev bun...

Dövlət Agentliyinin hərbi qulluqçuları təltif edilib - Siyahı

Prezident İlham Əliyev Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin hərbi qulluqçularının təltif edilməsi barədə Sərəncam imzalayıb.   Sfera.a...