Krım körpüsünün partladılmasına görə Ermənistanda cinayət işi açıldı

14:05 / 12.10.2022
3135
Ermənistanda Krım körpüsündə baş vermiş partlayışla bağlı cinayət işi açılıb.
Sfera.az “Lenta.ru”ya istinadən xəbər verir ki, Ermənistan Baş Prokurorluğu bununla bağlı açıqlama yayıb.
Qeyd edək ki, bundan əvvəl Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FTX) Krım körpüsündə partlayışın təşkilində iştirak etdiyinə görə, 8 nəfəri saxladığını açıqlayıb.
FTX-nin məlumatına əsasən, saxlanılan şəxslərdən beş nəfəri Rusiya, üç nəfəri Ermənistan və bir nəfəri Ukrayna vətəndaşıdır.
Partlayıcı qurğu Odessa dəniz limanından Bolqarıstana, oradan Gürcüstanın Poti limanına, daha sonra isə Ermənistana daşınıb. Oktyabrın 4-də qurğu Yuxarı Lars keçid məntəqəsindən Rusiya-Gürcüstan sərhədini keçib.
Vasif,
Sfera.az