Elmira Axundova Kiyevdə deyil: Səfirliyə kim rəhbərlik edir?

Siyasət
13:37 / 12.10.2022
2842
Son günlər Rusiyanın Kiyevi bombalamasından sonra bir çox səfirliklər və konsulluqlar paytaxtı yenidən tərk etməyə hazırlaşdıqlarını bildirmişdilər.
Sfera.az xəbər verir ki, Yenisabah.az Azərbaycan səfirliyinin yenidən təxliyə edilib-edilməyəcəyi və səfir Elmira Axundovunun vəzifəsinin başında olub-olmaması ilə bağlı Kiyevdəki səfirliyimizlə əlaqə saxlayıb.
Səfirlikdən bildirilib ki, Elmira Axundova Kiyevdə deyil:
“Hazırda müvəqqəti işlər vəkili səfirliyə rəhbərlik edir” – deyə cavabda bildirilib.
Xatırladaq ki, 24 fevraldan etibarən Rusiyanın Ukraynada həyata keçirdiyi genişmiqyaslı hərbi əməliyyatlar çərçivəsində bir çox ölkə səfirlikləri ilə yanaşı Azərbaycan səfirliyinin nümayəndələri də Ukraynanı tərk etmişdilər.