Vaşinqtonda səfirliyimizin avtomobilinə atəş açanlar kimlər olub? – ASALA izi

“ABŞ-da Azərbaycan səfirliyinin xidməti avtomobili atəşə tutulub. Səfirliyimizə edilən bu hücümün arxasında ermənilərin dayandığı şübhəsizdir. ASALA erməni terror təşkilatı ABŞ-da erməni lobbisi və diasporunun dəstəyi ilə fəaliyyət göstərir. Səfirliyin avtomobilinə silahlı hücum terror aktıdır və bunu ASALA erməni terror təşkilatı törədib”.
Bu sözləri Sfera.az-a politoloq Məhəmməd Əsədullazadə Azərbaycan Respublikasının Vaşinqtondakı səfirliyinin xidməti avtomobilinə atəş açılmasını şərh edərkən deyib:
“12-14 senytabr hadisələrindən sonra erməni terrorçular açıq fəaliyyətə keçib. Baxmayaraq ki, Azərbaycan Ermənistanın heç bir kəndini və şəhərini işğal etməyib. Xaricdə soydaşlarımız, lobbi və diasporamız ermənilərə anladıqları dildə cavab verməlidir. Ötən əsrin 70-80-ci illərində erməni terroruna qarşı Türkiyə məhz onlara qarşı eyni addım atmaqla qarşısını aldı”.
Turan Rzayev