Üç ildir ürəyini əlində gəzdirir - VİDEO

Üç ildir ürəyini əlində gəzdirir - VİDEO

Türkiyənin Sivas şəhərində Həsən Koç adlı şəxs üç ildir ürəyini əlində gəzdirir.

 

Sfera.az xəbər verir ki, 49 yaşlı kişi 2010-cu ildə infark keçirdikdən sonra onda ürək çatışmazlığı yaranıb. Onun yaşaması üçün ürək nəqlinə ehtiyac olub.

 

Əməliyyatla süni ürək taxılan Koç ürəyini çantada özü ilə gəzdirir. 14-16 saat arasında cihazın enerji yığmasına ehtiyac olur.

 

Koçun sözlərinə görə, çantanı daha çox pul çantası hesab edənlərdən qoruyur.

 

 

 


OXŞAR XƏBƏRLƏR