Tanınmış futbolçunun atasının meyiti tapıldı

İdman
22:11 / 11.10.2022
11638
Çili millisinin və Braziliya "Flamenqo"sunun futbolçusu Arturo Vidalın atası Erasmo Vidal Santyaqodakı atçılıq klubunda ölü tapılıb.
Sfera.az xəbər verir ki, onun cəsədini həmin ərazidə yerləşən restoranın sahibi aşkar edib. İddiaya görə, ölümə ürək tutması səbəb olub.
Polisin hadisə ilə bağlı araşdırma apardığı bildirilib.
Qeyd edək ki, Arturo Vidal Çili millisində 2007-ci ildə debüt edib. 35 yaşlı yarımmüdafiəçi yığmada 133 oyun keçirib və 32 qol vurub./Report