Bakının Məsud Əlizadə küçəsi təmir edilir - VİDEO

Bakının Məsud Əlizadə küçəsi təmir edilir - VİDEO

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakının Nərimanov rayonunun Məsud Əlizadə küçəsini təmir edir.

 

Sfera.az xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.

 

Məlumata görə, uzunluğu 1 620 metr olan adıçəkilən küçənin təmiri çərçivəsində küçəboyu frezlənmə, piyada səkilərinin bərpası işləri davam edir, səki və bordür daşları yenilənir.

 

Daha sonra zəruri olan yerlərdə yararsız qrunt qazılaraq çıxarılacaq, əks-dolğu işlərinin icrası ilə küçə profilə salınacaq, yeni asfalt-beton örtüyü döşənəcək.

 

Sonda isə üfüqi nişanlanma xətləri çəkiləcək, zəruri yerlərdə yol nişanları quraşdırılacaq və yeraltı kommunikasiya xətlərinin baxış qapaqları layihə hündürlüyünə qaldırılacaq.

 

2022-ci ildə Nərimanov rayonu üzrə təmir olunan küçələrin ümumi uzunluğu 7,6 kilometr təşkil edir.

 


OXŞAR XƏBƏRLƏR