Ruhəngiz Qasımova ilə vida mərasiminin yeri dəyişdirildi

Cəmiyyət
16:07 / 11.10.2022
4812
Əməkdar incəsənət xadimi Ruhəngiz Qasımova ilə vida mərasiminin keçiriləcəyi yer dəyişdirilib.
Sfera.az bildirir ki, bu barədə "Soy" prodakşının rəhbəri Oqtay Əliyev məlumat verib.
“Mərhum bəstəkarla vida mərasimi sabah 13:00-dan 16:00-dək Təzəpir məscidində olacaq”, deyə o qeyd edib.
Xatırladaq ki, bəstəkar 82 yaşında dünyasını dəyişib. Ruhəngiz Qasımova 1940-cı il iyulun 12-də Bakıda anadan olub. Uzun müddət Azərbaycan Dövlət Televiziyasında və radiosunda səs rejissoru, bəstəkar kimi çalışıb.
Türkan,
Sfera.az