“Qarabağ” yenə Avroliqanın ən yaxşıları arasında

“Qarabağ” yenə Avroliqanın ən yaxşıları arasında

Avropa Liqasının qrup mərhələsində iştirak edən və formada olan komandaların siyahısı yenilənib.

 

Sfera.az turnirin mətbuat xidmətinə istinadən xəbər verir ki, “10-luq”da Azərbaycan təmsilçisi “Qarabağ” da yer alıb.

 

Son 5 matçda qələbə qazanan Ağdam klubu ilk “4-lük”də göstərilib.

 

Siyahı yerli çempionat və Avropa Liqasının nəticələrinə əsasən tərtib olunub. Qurban Qurbanovun çalışdırdığı komanda keçirdiyi son 5 qarşılaşmanın hamısında qalibiyyət əldə edib.

 

“Qarabağ” oktyabrın 13-də Bakıda Yunanıstan “Olimpiakos”unu qəbul edəcək.

 


OXŞAR XƏBƏRLƏR