Bred Pittdən Colinin “şiddət” iddialarına REAKSİYA

Bred Pittdən Colinin “şiddət” iddialarına REAKSİYA

Boşanmaları ilə bütün dünyanı şoka salan Ancelina Coli və Bred Pitt cütlüyü gündəmdən düşmür.

 

Sfera.az bildirir ki, ötən həftə iddiaları ilə təəccübləndirən Coliyə Pittdən cavab gəlib.

 

Belə ki, aktrisa məhkəmə ərizəsində 58 yaşlı aktyoru altı uşağından birini boğmaqda günahlandırıb. Başqa övladına sillə vurduğunu da iddia edən Coli keçmiş həyat yoldaşı Bred Pitin onun saçından tutub divara çırpdığını bildirib. 2016-cı ilin sentyabrında Fransadan Kaliforniyaya uçan təyyarədə Pittin davranışının uşaqları sarsıtdığını, kürəyində və dirsəklərində yaralar buraxdığını deyən Coli uçuşdan cəmi 5 gün sonra boşanma iddiası qaldırıb.

 

Bred Pitt isə sözügedən iddiaları “şəxsi hücum” kimi qiymətləndirib və uşaqlarına qarşı zorakılıq etdiyini təkzib edib.

 

Türkan,

Sfera.az


OXŞAR XƏBƏRLƏR