Nyu-Yorkdakı “Azadlıq heykəli” Osmanlı sultanının pulu ilə tikilib – Bəs, ABŞ-a necə gedib çıxıb?

Nyu-Yorkdakı “Azadlıq heykəli” Osmanlı sultanının pulu ilə tikilib – Bəs, ABŞ-a necə gedib çıxıb?

ABŞ deyəndə bir çoxlarının ağlına “Nyu-York”, “Nyu-York” deyəndə isə yəqin ki, 93 metrlik “Azadlıq heykəli” gəlir. Lakin bir çoxları bu heykəlin xərclərinin böyük bir hissəsinin Osmanlı sultanı Sultan Əbdülməcid tərəfindən çəkildiyini və əslində Nyu-Yorkda deyil, Misirdə ucaldılmasının gözlənildiyini bilmir.

 

Sfera.az ABŞ-ın milli simvollarından hesab edilən "Azadlıq heykəli"nin bilinməyən tarixçəsini təqdim edir.

 

Süveyş kanalında qeyri-adi mayak

 

19-cu əsrdə Misir Osmanlı imperiyasına bağlı yüksək muxtariyyətə sahib vilayət statusu daşıyırdı. Bu dövrdə Misir Kavalalı Mehmed Əli Paşanın nəslindən gələnlər tərəfindən idarə olunurdu.

 

Misirin Hidivi (misir valilərinə verilən ad) Səid Paşa Aralıq dənizi ilə Qırmızı dənizi bir-birinə bağlayacaq kanal hazırlatmaq istəyirdi. Bu məqsədlə 1854-cü ildə bugünkü Süveyş kanalı layihəsini fransız mühəndis Ferdinand de Lessepsə hazırladır.

 

Səid paşa Süveyş kanalının açılışı zamanı, kanalın Aralıq dənizinə açılan hissəsində bir heykəlin də olmasını istəyir. "Port Səid" limanının girişinə qoyulması planlaşdırılan heykəl fironların dövrünə aid paltar geyinmiş qadın formasında olmalı və əlində məşəl tutmalı idi. Heykəl həm də kanaldan gecə saatlarına istifadə edən gəmilər üçün mayak rolunu da oynamalı idi.

   

Ferdinand de Lessepsə heykəlin hazırlanması üçün Səid Paşaya həmyerlisi tanınmış heykəltəraş Frederik Avqust Bartholdini məsləhət görür.

 

Mövhumatın qurbanı olan heykəl

 

Səid Paşa heykəlin hazır variantını görməmiş dünyadan köçür və onun yerinə oğlu İsmayıl Paşa Misir Hidivi təyin edilir. Atasından fərqli olaraq qatı dindar olan Səid Paşa belə böyük bir heykəlin müsəlman dövlətinin ərazisində qoyulmasını düzgün hesab etmir. Paşa ilk öncə heykəlin yerli iğtişaşlar yaradacağından narahat olduğunu əsas gətirərək planlaşdırılan yerdə tikilməsini istəmir. Daha sonra isə Paşa mühəndis Bartholdiniyə heykəli gətirməmək tapşırığını verir.

 

ABŞ-a göndərilən hədiyyə

 

Heykəlin xərclərinin böyük bir hissəsi Osmanlı sultanı tərəfindən ödənilməsinə baxmayaraq, heykəl hazır olduqdan sonra Parisdəki anbarlarda qalır. 20 il sonra, 1885-ci ildə Fransa hökuməti heykəli heykəltaraş Frederik Avqust Bartholdinyə bəzi dəyişikliklər etdirərək ABŞ-a hədiyyə kimi göndərir.

 

Turan Rzayev


OXŞAR XƏBƏRLƏR