Dünyada kompüter satışlarında REKORD AZALMA

2022-ci ilin üçüncü rübündə qlobal kompüter bazarı iqtisadi qeyri-müəyyənliyin və tədarük edilən malların miqdarının çox olması səbəbindən 19,5 faiz kiçilib.
Sfera.az xəbər verir ki, bununla bağlı məlumatı “Gartner” araşdırma şirkəti yayıb.
Şirkətin hesablamalarına əsasən, bu azalma son 20 ilin ən böyük azalmasıdır.
Şirkətin məlumatında qeyd edilir ki, kompüter bazarında ən böyük paya “Lenovo” sahibdir. Bu şirkət 25,2 faiz paya sahibdir və 3-cü rübdə onun satışları 15,3 faiz azalıb.
Bazar payı 18,7 faiz olan HP-nin satışlarında azalma 28 faiz, payı 17,7 faiz olan “Dell”in satışlarında azalma 21,1 faiz təşkil edib.
Şirkət proqnozlaşdırır ki, kompüter bazarında satışların artması 2023-cü ilin ikinci yarısında bərpa oluna bilər.
Vasif,
Sfera.az