Hava dəyişir: Güclü külək, yağış... - XƏBƏRDARLIQ

Hava dəyişir: Güclü külək, yağış... - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında oktyabrın 11-i gün ərzində şimal-qərb küləyi arabir 15-20 m/s olacaq.

 

Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən xəbərə görə, oktyabrın 11-i gündüzdən 13-ü səhərədək bəzi şərq rayonlarında şimşək çaxacağı, fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimalı var.

 

Qərb küləyi 11-i və 12-si gecə və səhər bəzi dağlıq və dağətəyi rayonlarda arabir 18-23 m/s olacaq.

 

Çaylarda sululuğun artacağı ehtimalı var.


OXŞAR XƏBƏRLƏR