Ermənistan tərəfindən döyüşən muzdlular axtarışa verildi

Cəmiyyət
11:55 / 11.10.2022
5445
44 günlük müharibədə Ermənistan tərəfindən döyüşə qatılan muzdlular arasında Rusiya, Gürcüstan, İran vətəndaşları var.
Sfera.az xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində (BMTM) 44 günlük müharibədə Ermənistan hərbi qüvvələri tərəfindən Gəncəyə endirilən zərbələrin ikinci ildönümü ilə bağlı Baş prokurorun xüsusi tapşırıqlar üzrə böyük köməkçisi İlqar Səfərov deyib.
İlqar Səfərov bildirib ki, onların kimliyi əməliyyat istintaq tədbirləri nəticəsində müəyyən olunub: “Onlarla bağlı müvafiq qərarlar qəbul olunub və bu şəxslər axtarışa verilib. Bu şəxslər hansı ölkənin vətəndaşı olmasından asılı olmayaraq törətdikləri cinayətlərə görə Azərbaycan qanunları ilə məsuliyyətə cəlb olunacaq”.(APA)