Kiyev Qərbə yeni təhlükəsizlik sazişi təklif edib

Kiyev Qərbə yeni təhlükəsizlik sazişi təklif edib

Kiyev administrasiyası Qərbə yeni təhlükəsizlik sazişi təklif edib.

 

Sfera.az bildirir ki, bununla bağlı “Foreign Policy” jurnalı məlumat yayıb. Xəbərə görə, Ukrayna rəsmiləri NATO-nun keçmiş baş katibi Anders Rasmussenlə görüşüb. Qeyd olunub ki, ukraynalılar ABŞ-İsrail münasibətlərinə bənzər bir modelin həyata keçirilməsini istəyirlər.

 

“Sözügedən model Rusiya təhlükəsinə qarşı Ukrayna üçün hüquqi cəhətdən məcburi təminatları ehtiva edir. Model həmçinin qabaqcıl müdafiə silahları ilə təminat və Ukrayna ordusunun təlimini əhatə edir”, deyə jurnalda bildirilib.

 

“Foreign Policy” vurğulayıb ki, yazılı şəkildə təhlükəsizlik zəmanəti almaq nəinki digər Qərb ölkələri, hətta Vaşinqton üçün ağır təklif ola bilər. Jurnalın məlumatına əsasən, NATO-nun keçmiş baş katibi Rasmussen keçən həftə Vaşinqtona səfər edib və bu səfərin məqsədi müzakirə olunan planın ABŞ və digər aparıcı Qərb müttəfiqlərinə təqdim edilməsi üçün zəmin yaratmaq olub.

 

Xatırladaq ki, Ukrayna lideri Zelenski Putinin saxta referendumlarından sonra təcili olaraq NATO-ya üzvlük üçün müraciət etmişdi.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Qızılın qiymətində durğunluq - Almaq üçün əla fürsət

Qızıl bazarında nadir müşahidə olunan hal yaşanır. Bazarda qiymətlər ötən ayla müqayisədə aşağı düşüb.   Sfera.az Xəzər TV-yə istinadla xəbər ve...

Həlak olan fələstinlilərin sayı 57,8 minə çatıb

İsrail zərbələri nəticəsində Qəzza zolağında ölənlərin sayı son 24 saat ərzində 59 nəfərə çatıb, 208 vətəndaş yaralanma ilə xəstəxanaya yerləşdirilib.  ...

Acunun 22 milyon borcu var

Acun İlıcalının İngiltərədə 22 milyon funt sterlinq borca girdiyi bildirilib.   Sfera.az xəbər verir ki, tanınmış media maqnatının sahibi olduğu &quo...

Türkiyədə kağız fabrikində 50-yə yaxın işçi zəhərləndi

Türkiyənin qərbindəki Aydın vilayətində kağız fabrikinin 50-yə yaxın işçisi qidadan zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib.   Sfera.az ...

Xalq artistinin oğlu: "Həkim səhlənkarlığı ucbatından atamı itirdim"

"Azdrama"ya getmirəm. Elə bil ayağım getmir. "Azdrama" deyəndə teatrın köhnə vaxtları yadıma düşür. Təmirdən sonra teatr tam dəyişib. Bir də...

Gəncədə partlayışda ağır xəsarət alan şəxs öldü

Bir neçə gün əvvəl Gəncədə baş vermiş partlayış və yanğın hadisəsi nəticəsində ağır xəsarət alan şəxs müalicə aldığı xəstəxanada ölüb.   Sfera.az xəb...