Belarus Ukraynaya hücum edəcək? – Putin Qərbi qorxudur, yoxsa...

Belarus Ukraynaya hücum edəcək? – Putin Qərbi qorxudur, yoxsa...

Rusiyanın Kiyevi bombalamasından sonra Lukaşenko Belarusun müharibəyə qoşula biləcəyinin anonsunu verib.

 

Sfera.az-ın məlumatına görə, bununla bağlı fikirlərini bölüşən siyasi şərhçi Asif Nərimanlı deyib ki, Putin hazırda “ikinci cəbhəni” aça biləcəyini göstərməyə çalışır:

 

“Rusiya çalışır ki, Ukrayna torpaqlarının ilhaqından sonra müharibə onun şərtlərinin nəzərə alındığı müzakirə masasında yekunlaşsın. Lakin müharibənin ilk dövründən fərqli olaraq, hazırda Kiyevin əli daha güclüdür və rusların şərtləri ilə masaya gəlməyəcək, gəlsələr də, öz şərtlərini diqtə edəcəklər. Moskva istədiyini əldə etmək üçün Kiyevi müharibənin ilk dövründəki vəziyyətə salmalıdır. Nüvə şantajı və raket hücumlarından sonra Belarusdan cəbhə açılması xəbərdarlığı da Ukraynanı danışıqlara məcbur etmək gedişi olaraq görünür. Rusiya bu planla Qərbin də mövqeyinə təsir edə biləcəyini hesablayır. Qərb cəbhəsinin Putinə qarşı birləşməsinə zəmin yaradan əsas amillərdən biri Kiyevin sona qədər dirənişidir. Ukrayna isə iki cəbhədə döyüşməli olarsa, bu əlavə çətinliklər yarada bilər”.

 

Ekspert bildirib ki, ikinci cəbhə xəbərdarlığı fonunda Peskovun “Putin və Ərdoğan Türkiyənin Rusiya-Ukrayna danışıqlarına ev sahibliyi etmək təklifini müzakirə edə bilər” açıqlaması da Rusiyanın atdığı addımların müharibəni bitirməyə hesablandığı fikrini gücləndirir:

 

“Hərçənd, bu, birinci mərhələdir və Rusiyanın raket zərbələri və ikinci cəbhə xəbərdarlığı ilə Kiyevi geri çəkilməyə məcbur edəcəyi ehtimalı azdır. Bu baxımdan, Belarus üzərindən ikinci cəbhənin açılacağı gözləntisi artır”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Qızılın qiymətində durğunluq - Almaq üçün əla fürsət

Qızıl bazarında nadir müşahidə olunan hal yaşanır. Bazarda qiymətlər ötən ayla müqayisədə aşağı düşüb.   Sfera.az Xəzər TV-yə istinadla xəbər ve...

Həlak olan fələstinlilərin sayı 57,8 minə çatıb

İsrail zərbələri nəticəsində Qəzza zolağında ölənlərin sayı son 24 saat ərzində 59 nəfərə çatıb, 208 vətəndaş yaralanma ilə xəstəxanaya yerləşdirilib.  ...

Acunun 22 milyon borcu var

Acun İlıcalının İngiltərədə 22 milyon funt sterlinq borca girdiyi bildirilib.   Sfera.az xəbər verir ki, tanınmış media maqnatının sahibi olduğu &quo...

Türkiyədə kağız fabrikində 50-yə yaxın işçi zəhərləndi

Türkiyənin qərbindəki Aydın vilayətində kağız fabrikinin 50-yə yaxın işçisi qidadan zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib.   Sfera.az ...

Xalq artistinin oğlu: "Həkim səhlənkarlığı ucbatından atamı itirdim"

"Azdrama"ya getmirəm. Elə bil ayağım getmir. "Azdrama" deyəndə teatrın köhnə vaxtları yadıma düşür. Təmirdən sonra teatr tam dəyişib. Bir də...

Gəncədə partlayışda ağır xəsarət alan şəxs öldü

Bir neçə gün əvvəl Gəncədə baş vermiş partlayış və yanğın hadisəsi nəticəsində ağır xəsarət alan şəxs müalicə aldığı xəstəxanada ölüb.   Sfera.az xəb...