Əsir düşərgəsi yoxsa soyqırım siyasəti? - Auşvits

Əsir düşərgəsi yoxsa soyqırım siyasəti? - Auşvits

1947-ci ildə açılışdan bəri Polşanın cənubundakı Auşvits əsir düşərgəsini 49 milyondan çox insan ziyarət edib.Pandemiya zamanı bu rəqəm 500 minə düşsə də, normal şəraitdə hər il bura dünyanın hər yerindən iki milyondan çox ziyarətçi gəlir. Auşvits - Krakovdan 50 kilometr qərbdə, Auşvits şəhəri yaxınlığında, nasistlərin 1945-ci ilə qədər böyük bir ərazidə qurduğu toplama düşərgəsi idi. Bu gün burada dövlət muzeyi və memorial mərkəzi fəaliyyət göstərir.

Sfera.az nasistlərin mərkəzi məhvetmə düşərgəsi olan, bu günə qədər amansızlığına və öldürülən insanların miqyasına görə ən dəhşətli “ölüm düşərgəsi” adlandırılan Auşvits haqqında yazı təqdim edir.


Üç əsas düşərgədən, eləcə də müxtəlif ölçülü alt və xarici düşərgələrdən ibarət Auşvitsin əsas hissəsinin görünə biləcəyi Memorial Mərkəz təxminən 191 hektar əraziyə yayılmışdır.

1. Auşvits şəhəri (Auschwitz)

Açıklama yok.

Auşvits (polyak dilində Oświęcim) adı bütün dünyada nasist toplama düşərgəsi ilə tanınmazdan əvvəl tez-tez başqa ölkələrin müstəmləkəsi olan bir şəhər idi. Bir müddət avstriyalıların nəzarəti altında idi; Bohemiya Krallığının hersoqluğu olduqdan sonra Prussiyanın, sonra isə Polşa Krallığının hakimiyyəti altına keçdi. Auşvits adlı yerə tarixi mənbələrdə ilk dəfə təxminən 1200-cü ildə rast gəlinir. 1348-ci ildə Müqəddəs Roma İmperiyasının tərkibinə qatılan şəhərdə həmin il alman dili rəsmi dil olaraq qəbul edilib.

1900-cü ildə qatar stansiyasının qurulduğu Auşvitsdə iqtisadi canlanma başladı. Birinci Dünya Müharibəsinin sonunda şəhər yenidən Polşanın bir hissəsi oldu. Yuxarı Sileziya və Bohemiyanın sənaye bölgələrində çoxlu sayda mövsümi işçilərin mənzil problemini həll etmək üçün binalar və taxta talvarlar tikildi. Bu binalar daha sonra nasistlərin Auşvits həbs düşərgəsinə çevriləcəkdi.

1939-cu ilin sentyabrında İkinci Dünya Müharibəsi başlayandan dərhal sonra Auşvits alman orduları tərəfindən işğal edildi və Alman İmperiyasına birləşdirildi. 1940-cı ildə Henrix Himmlerin komandanlığı ilə SS (nasional-sosialistlərin elit kadrlarının hərbiləşdirilmiş təşkilatı) heç bir zəhmət tələb etmədən ərazini tez bir zamanda konsentrasiya düşərgəsinə çevirdi. Auşvits Baza Düşərgəsi (Stammlager Auschwitz I) belə quruldu. Daha sonra buraya daha böyük Auşvits-Birkenau məhvetmə düşərgəsi (Auschwitz II) əlavə edildi.

2. Yəhudi əhalisi

Açıklama yok.

İkinci Dünya Müharibəsindən əvvəl Auşvits 12.000 sakininin demək olar ki, yarısı yəhudi idi. Yəhudi əhalisi miqrasiya yolu ilə xeyli artmışdı; bölgədə alman əsilli insanların sayı azlıq təşkil edirdi. 1939-cu il sentyabrın 1-də Hitler ordularının Polşaya hücumu və ölkənin hərbi işğalı ilə bu vəziyyət kəskin şəkildə dəyişdi.

Yəhudilər, nasist rejiminin təqib etdiyi digərləri kimi, ya gettolarda təcrid olunmuş, ya da məcburi əmək üçün sürgün edilmişdilər. Auşvits qalan Polşa yəhudiləri əvvəlcə tarixi şəhər mərkəzindən təcrid olunmuş ərazidə sıxlıqda yaşayırdılar. 1940-cı ildən çoxları ya SS tərəfindən həbs düşərgəsinin tikintisində işləməyə məcbur edildi, ya da işləmək üçün ölkənin başqa bölgələrinə göndərildi. Qalan bir neçə nəfər 1942-ci ildə Auşvitzdə öldürüldü.

3. Strateji düyün nöqtəsi

Açıklama yok.
Auşvits şəhəri nasistlər üçün strateji cəhətdən əlverişli yerdə, dəmir yolu qovşağında yerləşirdi. Praqa və Vyanadan cənub dəmir yolu xətləri, həmçinin Berlin, Varşava və Sileziyanın şimal sənaye bölgələrindən gələn xətlərlə kəsişirdi. SS administrasiyasının və Berlindəki Reyx Təhlükəsizlik Baş İdarəsinin planlaşdırma şuraları 1937-ci ildən əvvəl Almaniyanın suverenlik ərazisini ifadə edən “keçmiş imperiya” ərazilərindən kütləvi daşınmalar üçün tələb olunan bütün xüsusiyyətlərə malik idi.

Deportasiya edilənlərin qatarla qırğın düşərgəsinə rahat daşınmasına cavabdeh olan Adolf Eichmann idi. 1942-ci il yanvarın 20-də Berlində keçirilən Wannsee konfransı üçün lazımi sənədlər hazırlanmışdı. Reyx Təhlükəsizlik Baş İdarəsinin rəisi və Milli Sosialist İşçi Partiyasının kəşfiyyat xidmətinin rəhbəri Reynhard Heydrixin dəvəti ilə Vansidəki iqamətgahda baş tutan görüşdə SS və NSDAP-ın rəhbər üzvləri iştirak edib. Bu görüşdə “Avropada yəhudi məsələsinin son həlli” adlı qətl planına qərar verilib. İclas protokollarında bütün Avropa ölkələrindən yəhudilərin dəmir yolu ilə deportasiya ediləcəyi qeyd edilib.

4. Düşərgə sistemi

Açıklama yok.

Auşvits 1933-cü ildə qurulan ilk toplama düşərgəsi idi. Zachsenhausen, Buchenwald, Flossenbürg, Mauthausen və Ravensbrückdən (1933-cü ildə qurulan ilk konsentrasiya düşərgəsi) sonra nasistlər tərəfindən qurulan yeddinci, lakin ən böyük əsir düşərgəsi idi. Bu kompleksə əsas düşərgə (Ausvensim I), krematoriyaları olan nəhəng məhvetmə düşərgəsi Birkenau (Osvensim II) və Monovitz əmək düşərgələri, həmçinin kiçik xarici düşərgələr daxildir.

Wannsee Konfransı ilə Auşvits 1942-ci ildə sistematik məhvetmə və öldürmə “mexanizminə” çevrildi. Bu heç nəyə əhəmiyyət verməyən ideologiyanın icraçısı SS düşərgəsinə rəhbərlik edən komandir Rudolf Höss idi. 1943-cü ilin noyabrına qədər SS-nin müşahidə heyəti və Osvensim düşərgəsinin bütün rəhbərliyi onun rəhbərliyi altında idi.

5. SS nüfuz zonası

Açıklama yok.

Müşahidə heyəti, Auşvits-Birkenau düşərgəsinin idarə heyəti kimi SS tərəfindən işə götürülürdü. Hələ 1942-ci ildə düşərgə kompleksinə 2000-ə yaxın mühafizəçi yerləşdirilmişdi. 1944-cü il yayının sonunda İkinci Dünya Müharibəsinin sonunda düşərgədə xidmət edən SS üzvlərinin sayı 4000-i ötmüşdü. Onların arasında SS-də işləyən, lakin rütbəsi olmayanlar da var idi; gözətçi, mirzə, tibb bacısı və s. kimi.

Bütün bu müddət ərzində 8000-dən çox SS üzvü və işçisi Auşvits düşərgələrində xidmət edirdi.

Düşərgənin tikintisindən qazanc əldə edən Osventsim ətrafındakı sənaye və sənətkarlıq müəssisələri də SS-ə aid idi. Mühafizəçilərin ailələri ilə birlikdə yaşadığı “SS qəsəbəsi” düşərgədən kənarda ayrıca qəsəbəyə çevrilmişdi.

6. “Ölüm fabriki”

Kütləvi qətllər 1942-ci ildə Auşvitsdə başladı. Düşərgəyə gələnlərin 80%-i hətta məhbus kimi qeydə alınmadan birbaşa qaz kameralarına, ölümə göndərilib. 1943-cü ildə Auşvits-Birkenau düşərgə kompleksində yeni tikilmiş krematoriyalarda əlavə sobalar işə salındı. SS yenidən insanları öldürərək bu sobaları təcrübədən keçirmişdi. 1100-ə yaxın kişi, qadın və uşaq “Ziklon-B” adlı qazla qaz kameralarında öldürüldükdən sonra bu krematoriyalarda yandırılaraq, külləri ətraf göllərə səpələnib.

Osvensim Konsentrasiya Düşərgəsinin Ərazi Meneceri Karl Bişof 1943-cü ilin yayında Berlinə yazdığı məktubda "Bundan sonra 4756 cəsəd 24 saat ərzində külə çevrilə bilər"-qeyd edirdi.


Üç məntəqəli dəmir yolu dayanacağı qurulmuşdu. Düşərgəyə göndərilənlər arasından öldürüləcəkləri seçmək üçün qurulan bu dayanacaqları bu bu gün Birkenauda görmək mümkündür.

1944-cü il payızının sonlarında Avropanın hər yerindən yəhudilər sonuncu dəfə düşərgəyə köçürüldü. Göndərilənlər arasında işğal altında olan Hollandiyadan olan 15 yaşlı Anne Frank da var. Onun müharibədən sonra təsadüfən tapılan gündəlikləri nasistlərin yəhudilərin arxasınca necə getdiyini açıqlayan ən diqqətçəkən sənədlərdən biri olmuşdur. Qeyd edək ki, Anne Frank düşərgədən təsadüfən qurtulub. Doğum yerinə səhvən 1925 əvəzinə 1929 qeyd edilməsinə görə o, Almaniyaya işləmək üçün göndərilib. Ana və bacısı isə Auşvitsdə güllələnmişdir.

7. Qurbanların sayı

Holokost zamanı Osventsimdə öldürülənlərin dəqiq sayı bəlli deyil. Tarixi arxivlərdə və xarabalıqlarda hər il yeni tapıntılar və yeni təfərrüatlar əldə edilir. Qurbanların dəqiq sayını müəyyən etmək çətindir. Elmi hesablamalara görə, nasist konslager sisteminə göndərilənlərin sayı 5 milyonu ötüb. Bu məhbuslardan bir neçəsi bu düşərgələrdən sağ çıxa bilib.

2019-cu ilin dekabrında Auşvits-Birkenau Xatirə Mərkəzinin sifarişi ilə həyata keçirilən tədqiqat layihəsinin nəticələri ictimaiyyətlə paylaşılıb. Statistikaya əsasən SS düşərgə rəhbərliyi tərəfindən qeydə alınan məhbusların 60%-nin şəxsiyyəti müəyyən edilə bilib. Düşərgəyə gətirildikdən sonra qeydə alınmadan öldürülən 900 mindən çox insanın adları bu rəqəmlər arasında deyil.


“Yəhudi Rampı” adlı müşahidədən keçənlərə məhbus nömrəsi verilib və bu nömrə onların bədəninə döymə ilə vurulub. Lakin deportasiya edilənlərin əksəriyyəti, məsələn, qocalar, xəstələr, qadınlar, azyaşlılar, işləmək qabiliyyəti olmayanlar SS zabitləri tərəfindən seçilərək birbaşa qaz kameralarına göndərilir və burada vəhşicəsinə qətlə yetirilirdi.

Auşvits-Birkenau ölüm düşərgəsində 1,1 milyondan çox insanın öldürüldüyü təxmin edilir. Onların 90 %-nin yəhudi olduğu və buraya Macarıstan, Polşa, İtaliya, Belçika, Fransa, Hollandiya, Yunanıstan, Xorvatiya, Sovet İttifaqı, Avstriya və Almaniyadan gətirildiyi bildirilir. Həmçinin burada qaraçılar, homoseksuallar, katoliklər, Yehovanın Şahidləri, əlillər və nasist soyqırım siyasətinin əleyhdarları öldürülüb.

8. Məhkumların azad edilməsi

27 yanvar 1945-ci ildə Auşvits əsir düşərgəsinə çatan sovet əsgərləri dəhşətli mənzərə ilə üzləşmişdilər. Aclıqdan bir dəri, bir sümük 500-ü uşaq olmaqla 7000 məhbus sağ qalmışdı. Onların yalnız bir neçəsi ayağa qalxa bilirdi, bir çoxu heç bir reaksiya vermədən yerdə uzanıqlı halda idi. SS zabitləri düşərgəni tərk edərkən, on minlərlə əsiri qışın şaxtalı soyuğunda Qərbə doğru özləri ilə getməyə məcbur etmişdi.

SS düşərgəni tərk etməzdən əvvəl tez bir zamanda hər şeyi məhv etmiş və öldürmə maşınlarının izlərini silməyə çalışmışdılar. Fayllar, düşərgə kartları, ölüm şəhadətnaməsi kimi bir çox sənədlər tez bir zamanda yandırılmışdı. Yalnız bir neçə sənəd və fotoşəkil qalmışdı. Partlayıcı maddələrlə kazarmalar, qaz kameraları və krematoriyalar dağıdılıb.

56- 58 min arası əmək qabiliyyətli məhbus 1000-2500 nəfərlik qruplar şəklində qərbə sürgün edildi. Məhkumların çoxunun ayaqqabısı və ya uyğun paltarı yox idi. Çoxları yalnız nazik pambıq məhbus pijamalrı geyinirdilər. Auşvitsin boşaldılması zamanı bu “ölüm yürüşündə” təxminən 15 min insanın aclıqdan, soyuqdan öldüyü və yaxud güllələndiyi təxmin edilir.

9. Auşvits-Birkenau Memorial Mərkəzi

1946-cı ilin əvvəlində Sovet hakimiyyəti bu düşərgəni Polşa dövlətinə verdi. Keçmiş məhkumların təşəbbüsü ilə 1947-ci ildə Polşa parlamentinin qərarı ilə Auşvits-Birkenau Dövlət Muzeyi yaradılmışdır.

Osvensim I memorial mərkəzinə binalar və kazarmalar arasında demək olar ki, boş olan Auşvits-Birkenau ölüm düşərgəsi və indiki muzey rayonu daxildir. Düşərgədə ilk sərgi İsrailin Holokost memorial mərkəzi olan “Yad Vaşem” ilə əməkdaşlıq çərçivəsində keçirilib.

İlk ildə düşərgəni 170 min insan ziyarət edib. İlk öncə dünyanın hər yerindən gənclər və gənclər təşkilatları nasist cinayətlərinin sərgiləndiyi muzeyə baxmağa gəlmişdilər. Auşvits-Birkenau Memorial Mərkəzinin adı 1979-cu ildən YUNESKO-nun Ümumdünya İrs Siyahısına salınıb.

10. Son şahidlər

 

Açıklama yok.

1996-cı ildən 27 yanvar Almaniyada Milli Sosializm Qurbanlarının Anım Günü kimi tanınır. Osvensim Əsir Düşərgəsi məhbuslarının azad edilməsi yad edilir. Hər il Almaniya Bundestaqında anım mərasimi keçirilir. Mərasimdə Almaniya prezidentləri, Avropa siyasətçiləri, Holokostdan sağ çıxanlar (sonradan vəfat etmiş) - Ruth Klüger və Anita Lasker-Wallfisch mərasimdə çıxış edirlər. Əvvəlki mərasimlərdə çıxış edənlər arasında 2013-cü ildə vəfat edən alman ədəbiyyatının aparıcı yəhudi yazıçılarından Marsel Reyx-Ranicki və tarixçi Saul Fridlander də var.
27 yanvar 2005-ci ildən Beynəlxalq Holokostu Anma Günüdür.

Osvensim həbs düşərgəsindən sağ çıxanlar hər il “Yaşayanların marşı” adı altında dünyanın hər yerindən gələn gənclərlə əl-ələ tutaraq Osventsimdən Birkenauya yürüş edirlər. 2020 və 2021-ci illərdə yürüş korono pandemiyası səbəbindən onlayn keçirilib.


Aynil
Aynil Camal


OXŞAR XƏBƏRLƏR