“Şimal axını”nın sızdığı yerdə araşdırma başa çatdı - Nəticələr Rusiyaya verilmədi

“Şimal axını”nın sızdığı yerdə araşdırma başa çatdı - Nəticələr Rusiyaya verilmədi

İsveç "Şimal axını"nda baş verən partlayışlarla bağlı araşdırmanın nəticələrini Rusiyaya ötürməkdən imtina edib.


Sfera.az xarici mətbuata istinadən bildirir ki, bu barədə İsveçin Baş naziri Maqdalena Andersson açıqlama verib.


Oktyabrın 6-da İsveçin dövlət təhlükəsizlik xidməti “Şimal axını”nın sızdığı yerdə araşdırmanı başa çatdırıb.


Oktyabrın 1-də və 2-də polis və kəşfiyyat əməkdaşları tərəfindən Baltik dənizinin dibi və sızmaların baş verdiyi yerlərə baxış keçirilib. Əməliyyat zamanı Sahil Mühafizəsi, İsveç Silahlı Qüvvələri və İsveç Polis Departamenti ilə də əməkdaşlıq edilib. İstintaqın gedişinə İsveç Milli Təhlükəsizlik Administrasiyasının prokurorluğu nəzarət edir.

Qeyd edək ki, bundan əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov rəsmi Kremlin “Şimal axını” və “Şimal axını2” qaz kəmərlərində baş vermiş insidentlə bağlı Rusiyadan olan mütəxəssislərin iştirakı olmadan araşdırma aparmağı obyektiv hesab etmədiyini bildirmişdi.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Rusiyanın zədələnməmiş “Şimal axını 2” boru kəməri vasitəsi ilə qaz tədarükü təklifi Rusiyanın qaz kəmərlərindəki partlayışlarda günahsız olduğunu təsdiqləyir.

Xatırladaq ki, sentyabrın 26-da Baltik dənizində Rusiyanın iki ixrac qaz kəmərində - "Şimal axını" və "Şimal axını 2"də qaz sızması aşkar edilmişdi. Məlumatda həmçinin sistemin ümumilikdə üç ipin zədələndiyi deyilirdi.

İsveç Seysmik Mərkəzin nümayəndəsi Byorn Lund həmin gün boru kəmərlərində sızmaların olduğu ərazidə iki güclü sualtı partlayışın qeydə alındığını bildirib.

Rusiya Baş Prokurorluğu da qaz kəmərlərində fövqəladə vəziyyətlə əlaqədar olaraq beynəlxalq terror aktı ilə bağlı işin araşdırılmasına başlayıb. Digər ölkələr də araşdırma aparır.

Sentyabrın 30-da Rusiya prezidenti Vladimir Putin “Şimal axını”na edilən hücumları Qərbin Avropanın enerji təchizatını məhv etmək üçün atdığı addım adlandırmışdı.

 

Aynil
 


OXŞAR XƏBƏRLƏR

ABŞ bu sahədə Çinə uduzacaq: "Üstünlüyümüz uzun sürməyəcək”

“OpenAI”nin baş direktoru Sam Altman ABŞ Senatında verdiyi açıqlamada Amerikanın süni intellekt (SI) sahəsindəki liderliyinin Çin qarşısında davamlı...

Metro və dəmir yolundan istifadə edənlər üçün SEVİNDİRİCİ XƏBƏR

Böyük şəhərlərin dayanıqlı inkişafında relsli nəqliyyat - metro və dəmir yolu sistemləri ən effektiv həll yollarından biri sayılır.   Sfera.az x...

Nə üçün Bakını ziyarət edək? - "Forbes" Azərbaycandan yazdı

ABŞ-nin məşhur “Forbes” iqtisadi jurnalında Bakı haqqında məqalə-reportaj dərc olunub.   Sfera.az xəbər verir ki, yazıda Bakının tarixi, ...

Azərbaycanlı aktrisadan cəsarətli paylaşım – FOTOLAR

Türkiyədə yaşayan tanınmış aktrisa Nəsrin Cavadzadə yenə də diqqətləri üzərinə çəkməyi bacarıb. Aktrisa bu dəfə başdan-ayağa transparan libas seçimi ilə gündəmə...

Rusiya-Ukrayna müharibəsində dönüş olacaq?: "Zaman bu ölkənin xeyrinə işləyir"

Ukrayna və Rusiya prezidentlərinin danışıqlara başlanılması ilə bağlı verdiyi açıqlamalar münaqişənin həllində dönüş olacağına dair ümidlər yaradıb. Bəzi mülahi...

Hindistanda 32 hava limanı yeni işlək hala gəldi

Hindistan hakimiyyəti Hindistan-Pakistan sərhədində artan gərginlik fonunda əvvəllər bağlanmış 32 hava limanının fəaliyyətini bərpa etmək qərarına gəlib. &nb...