Şotlandiya yenidən “ayrılıq mahnısı oxuyur”

2014-cü ildə Böyük Britaniyadan ayrılaraq müstəqilliyini elan etmək üçün referendum keçirən Şotlandiyada yenidən səsvermə üçün tələblər səslənməyə başlayıb. Baş nazir Nikola Sturgeon bəyan edib ki, müstəqillik referendumu 2023-cü ilin oktyabrında keçiriləcək. Lakin London administrasiyası buna qarşı çıxır.
Sfera.az xarici mətbuata istinadən bildirir ki, Şotlandiyanın baş naziri Nikol Sturgeon referendum üçün kampaniyaya başlayacağını açıqlayıb. Mühafizəkarlar Partiyasının iqtidarda təmsil olunduğu Britaniya hökuməti isə Şotlandiyada 2023-cü ilin oktyabrında müstəqillik referendumunun keçirilməsinə qarşıdır.
Şotlandiya Milli Partiyasının lideri, baş nazir Nikola Sturgeon Edinburq hökumətinin Ali Məhkəmə tərəfindən referendum tələbinin rədd ediləcəyi təqdirdə də səsvermə keçiriləcəyini bildirib.
Səsvermənin necə keçiriləcəyi ilə bağlı açıqlama verməyən Sturgeon: "Əgər məhkəmələr referendumu əngəlləyirsə, biz seçkilərdə ictimaiyyətə müraciət edirik və ya Şotlandiya demokratiyasından imtina edirik" - deyə bildirib.
Xatırladaq ki, Şotlandiya İngiltərə ilə birlikdə 300 ildən artıqdır Böyük Britaniya adı altında birləşirlər. 1603-cü ildə İngiltərə kraliçası I Elizabet vəfat edəndə onun əmisi oğlu VI Ceyms Şotlandiya kralı olraq taxta keçmişdi.
Şotlandiya və İngiltərə eyni kralı paylaşsalar da, hər biri öz parlamenti olan iki ayrı krallıq idi. Sonrakı əsrdə onları vahid millətdə birləşdirmək üçün bir neçə uğursuz cəhd olmuşdu. Lakin 1707-ci ildə İngiltərə və Şotlandiya Kraliça Anna rəhbərliyi ilə "Böyük Britaniya" adı altında birləşdi.
1999-cu ildən bəri Şotlandiyanın öz parlamenti və hökuməti var. Şotlandiya parlamenti səhiyyə və təhsil başda olmaqla əksər hallarda qərarlar qəbul edə bilər. Londondakı Böyük Britaniya hökuməti müdafiə və maliyyə siyasəti kimi məsələlərə nəzarət edir.
Qeyd edək ki, 2014-cü ildə keçirilən referendumda Şotlandiyalı seçicilərin 45-55%-i müstəqilliyi rədd etmişdilər.
2016-cı il Böyük Britaniyanın Avropa İttifaqından çıxması ilə bağlı keçirilən referendumda Britaniyalı seçicilər cüzi səs çoxluğu ilə lehinə səs versələr də, Şotlandiya xalqı bütünlüklə Aİ-də qalmaq tərəfdarı olmuşdu.
Aynil