Bayden Rusiyanın Kiyevə endirdiyi zərbələri PİSLƏDİ

Bayden Rusiyanın Kiyevə endirdiyi zərbələri PİSLƏDİ

Birləşmiş Ştatlar Rusiyaya təzyiqləri yeni sanksiyalar vasitəsilə artıracaq, həmçinin lazım olan müddətdə Ukraynanı dəstəkləyəcək.

Sfera.az xarici mətbuata istinadən bildirir ki, ABŞ prezidenti Co Bayden Rusiyanın Ukraynadakı strateji obyektlərə kütləvi zərbə endirməsi ilə bağlı açıqlama verərkən qeyd edib.


“Rusiyanın hazırkı hücumları Ukrayna xalqı ilə lazım olan müddət ərzində çiyin-çiyinə dayanmaq öhdəliyimizi gücləndirir. Müttəfiqlərimiz və tərəfdaşlarımızla birlikdə biz Rusiyaya bu hücumlara görə sanksiya tətbiq etməyə davam edəcəyik”- Amerika prezidentinin bəyanatında deyilir.


Eyni zamanda, Bayden Rusiya prezidenti Vladimir Putinin və bütün Rusiyanın hərəkətlərinə görə cavab verməli olduğunu bildirir.


ABŞ prezidenti həmçinin qeyd edib ki, Birləşmiş Ştatlar Ukrayna qüvvələrinə lazım olan dəstəyi verəcək.



BMT baş katibinin sözçüsü Stefan Düjarrik də qeyd edib ki, Rusiyanın Ukrayna şəhərlərinə son irimiqyaslı raket zərbələri münaqişənin qəbuledilməz mərhələsidir. Düjarrik eyni zamanda BMT-nin baş katibi Antonio Quterreşin də Rusiya Silahlı Qüvvələrinin Ukrayna ərazisinə endirdiyi yeni zərbələrdən dərin sarsıntı keçirdiyini vurğulayıb.



Rusiya prezidenti Vladimir Putin isə öz növbəsində Rusiya Federasiyasında terror aktları törətmək cəhdlərinin davam edəcəyi təqdirdə Moskvanın cavablarının sərt və miqyasına uyğun olacağına diqqət çəkib.

 

Aynil


OXŞAR XƏBƏRLƏR

Qızılın qiymətində durğunluq - Almaq üçün əla fürsət

Qızıl bazarında nadir müşahidə olunan hal yaşanır. Bazarda qiymətlər ötən ayla müqayisədə aşağı düşüb.   Sfera.az Xəzər TV-yə istinadla xəbər ve...

Həlak olan fələstinlilərin sayı 57,8 minə çatıb

İsrail zərbələri nəticəsində Qəzza zolağında ölənlərin sayı son 24 saat ərzində 59 nəfərə çatıb, 208 vətəndaş yaralanma ilə xəstəxanaya yerləşdirilib.  ...

Acunun 22 milyon borcu var

Acun İlıcalının İngiltərədə 22 milyon funt sterlinq borca girdiyi bildirilib.   Sfera.az xəbər verir ki, tanınmış media maqnatının sahibi olduğu &quo...

Türkiyədə kağız fabrikində 50-yə yaxın işçi zəhərləndi

Türkiyənin qərbindəki Aydın vilayətində kağız fabrikinin 50-yə yaxın işçisi qidadan zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib.   Sfera.az ...

Xalq artistinin oğlu: "Həkim səhlənkarlığı ucbatından atamı itirdim"

"Azdrama"ya getmirəm. Elə bil ayağım getmir. "Azdrama" deyəndə teatrın köhnə vaxtları yadıma düşür. Təmirdən sonra teatr tam dəyişib. Bir də...

Gəncədə partlayışda ağır xəsarət alan şəxs öldü

Bir neçə gün əvvəl Gəncədə baş vermiş partlayış və yanğın hadisəsi nəticəsində ağır xəsarət alan şəxs müalicə aldığı xəstəxanada ölüb.   Sfera.az xəb...