Kral ailəsində bir ilk... Kral Çarlzın qərarı ilə ritual tarixə çevrilir

Kral ailəsində bir ilk... Kral Çarlzın qərarı ilə ritual tarixə çevrilir

Anasının ölümündən sonra taxta çıxan Kral III Çarlzın tacqoyma mərasimi böyük maraq doğurmağa davam edərkən, İngiltərə mətbuatı mərasimlə bağlı diqqətçəkən məlumatlar əldə edib.


İngiltərə kraliçası II Elizabetin yas mərasimi başa çatdığından, gözlər İngiltərədə başqa bir mərasimə çevrilib: Kral III Çarlzın tacqoyma mərasimi.


Sfera.az İngiltərə mətbuatına istinadən bildirir ki, “Qızıl Qlobus Əməliyyatı” adlı mərasimlə bağlı yeni məlumatlar əldə olunub.


Belə ki, mərasim qeyri-adi şəkildə baş tutacaq.

Anasının 3 saatlıq tacqoyma mərasimindən fərqli olaraq, Kral 1 saat çəkən sadə mərasimlə kifayətlənəcək.


Qədim və uzunmüddət davam edən rituallar, o cümlədən hökmdara qızıl külçələr təqdim etmək də məhz bu vaxta qənaət etmək səbəbilə ixtisar olunacaq.

 

Əldə edilən məlumata görə, qonaq siyahısı 8 mindən 2 minə enəcək.


Yəni mərasimə minlərlə zadəgan dəvət olunmayacaq. Mövzu ilə bağlı hələlik rəsmi açıqlama verilməsə də yeni kralın 2023-cü il iyunun 3-də rəsmi tac qoyma mərasiminin baş tutacağı gözlənilir.


Kral Çarlz gələn il tacqoyma mərasimində 74, həyat yoldaşı Kamilla isə 76 yaşında olacaq. Bununla da o indiyə qədər taxta keçmiş ən yaşlı kral hesab olunur.

 

Qeyd edək ki, İngiltərə krallarının ən yaşlısı 1830-cu ildə 64 yaşında tac qoyan IV Uilyam idi. Kralın hakimiyyəti cəmi 7 il davam etmişdi.
 

Yeni Kral 56 müstəqil ölkədən və 2,4 milyard insandan ibarət Millətlər Birliyinin rəhbəridir. Bu ölkələrin 14-də o həm də dövlət başçısıdır.

Xatırladaq ki, Kral İngiltərə, Şotlandiya, Uels və Şimali İrlandiyadan ibarət Böyük Britaniyanın dövlət başçısıdır. Lakin onun səlahiyyətləri simvolikdir. Siyasi baxımdan neytral qalır.


Hökumətdən gündəlik göndərişlər, məsələn, vacib görüşlərdən əvvəl brifinqlər və ya onun imzasını tələb edən sənədlər qırmızı dəri çantada ona çatdırılır.
Baş nazir bir qayda olaraq hər çərşənbə Bukingem sarayında kralla görüşür və ona hökumət məsələləri barədə məlumat verir.


Bu görüşlər tamamilə qapalı keçir və deyilənlərlə bağlı heç bir rəsmi qeyd olmur.


Aynil
 


OXŞAR XƏBƏRLƏR

Qızılın qiymətində durğunluq - Almaq üçün əla fürsət

Qızıl bazarında nadir müşahidə olunan hal yaşanır. Bazarda qiymətlər ötən ayla müqayisədə aşağı düşüb.   Sfera.az Xəzər TV-yə istinadla xəbər ve...

Həlak olan fələstinlilərin sayı 57,8 minə çatıb

İsrail zərbələri nəticəsində Qəzza zolağında ölənlərin sayı son 24 saat ərzində 59 nəfərə çatıb, 208 vətəndaş yaralanma ilə xəstəxanaya yerləşdirilib.  ...

Acunun 22 milyon borcu var

Acun İlıcalının İngiltərədə 22 milyon funt sterlinq borca girdiyi bildirilib.   Sfera.az xəbər verir ki, tanınmış media maqnatının sahibi olduğu &quo...

Türkiyədə kağız fabrikində 50-yə yaxın işçi zəhərləndi

Türkiyənin qərbindəki Aydın vilayətində kağız fabrikinin 50-yə yaxın işçisi qidadan zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib.   Sfera.az ...

Xalq artistinin oğlu: "Həkim səhlənkarlığı ucbatından atamı itirdim"

"Azdrama"ya getmirəm. Elə bil ayağım getmir. "Azdrama" deyəndə teatrın köhnə vaxtları yadıma düşür. Təmirdən sonra teatr tam dəyişib. Bir də...

Gəncədə partlayışda ağır xəsarət alan şəxs öldü

Bir neçə gün əvvəl Gəncədə baş vermiş partlayış və yanğın hadisəsi nəticəsində ağır xəsarət alan şəxs müalicə aldığı xəstəxanada ölüb.   Sfera.az xəb...