Medvedev və Zaxarova axtarışa verildi

Medvedev və Zaxarova axtarışa verildi

Ukrayna Təhlükəsizlik Xidməti (UTX) Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevi axtarışa verib.


Sfera.az xarici mətbuata istinadən bildirir ki, bu barədə məlumat Ukrayna Daxili İşlər Nazirliyinin 10 oktyabr tarixli məlumat bazasının materiallarında öz əksini tapıb.


Qeyd edək ki, Medvedev Ukraynanın ərazi bütövlüyü və toxunulmazlığına qəsd maddəsi ilə ittiham olunur. Həmçinin Medvedev “ibtidai istintaq orqanlarından gizlənən şəxslər” siyahısına daxil edilib.


Bundan əlavə, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ukrayna Təhlükəsizlik Xidməti tərəfindən axtarışa verilib. Zaxarova da həmçinin Ukraynanın ərazi bütövlüyünə və toxunulmazlığına qəsd maddəsi ilə ittiham olunur.


Rusiya Federasiyası İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin Ukrayna Təhlükəsizlik Xidməti tərəfindən Medvedevin heç bir əsası olmayan həbs istəyi ilə bağlı cinayət işinin başlanmasına göstəriş verib.


“UTX-nin qərarlarının heç bir əsası yoxdur və qanuna ziddir. Cinayət işinin tərkib hissəsi olaraq, istintaq qeyri-qanuni qərarlar qəbul edən UTX məmurlarını müəyyənləşdirəcək "-Rusiya İstintaq Komitəsinin mətbuat xidmətindən jurnalistlərə bildiriblər.


Xatırladaq ki, Medvedev və Zaxarova dəfələrlə Rusiyanın Donbasda keçirdiyi əməliyyatlarla bağlı radikal fikirlər səsləndiriblər.


Qeyd edək ki, oktyabrın 5-də UTX Xerson vilayətinin qubernatoru vəzifəsini icra edən Vladimir Saldo və onun müavini Yekaterina Qubarevaya qarşı da ittiham irəli sürmüşdü. Onlar Rusiyaya dəstək məqsədli əməkdaşlıq fəaliyyəti, siyasi xarakterli tədbirlərin təşkili və birgə informasiya fəaliyyətində ittiham olunurlar.


Bundan əlavə, Ukrayna sentyabrın 28-də Donetsk, Luqansk habelə Zaporojye və Xerson vilayətlərinin Rusiya ərazisinə daxil olması ilə bağlı referendumun təşkilində iştirak etmiş vətəndaşların axtarışına başlayıb.

 

Aynil

 


OXŞAR XƏBƏRLƏR

ABŞ bu sahədə Çinə uduzacaq: "Üstünlüyümüz uzun sürməyəcək”

“OpenAI”nin baş direktoru Sam Altman ABŞ Senatında verdiyi açıqlamada Amerikanın süni intellekt (SI) sahəsindəki liderliyinin Çin qarşısında davamlı...

Metro və dəmir yolundan istifadə edənlər üçün SEVİNDİRİCİ XƏBƏR

Böyük şəhərlərin dayanıqlı inkişafında relsli nəqliyyat - metro və dəmir yolu sistemləri ən effektiv həll yollarından biri sayılır.   Sfera.az x...

Nə üçün Bakını ziyarət edək? - "Forbes" Azərbaycandan yazdı

ABŞ-nin məşhur “Forbes” iqtisadi jurnalında Bakı haqqında məqalə-reportaj dərc olunub.   Sfera.az xəbər verir ki, yazıda Bakının tarixi, ...

Azərbaycanlı aktrisadan cəsarətli paylaşım – FOTOLAR

Türkiyədə yaşayan tanınmış aktrisa Nəsrin Cavadzadə yenə də diqqətləri üzərinə çəkməyi bacarıb. Aktrisa bu dəfə başdan-ayağa transparan libas seçimi ilə gündəmə...

Rusiya-Ukrayna müharibəsində dönüş olacaq?: "Zaman bu ölkənin xeyrinə işləyir"

Ukrayna və Rusiya prezidentlərinin danışıqlara başlanılması ilə bağlı verdiyi açıqlamalar münaqişənin həllində dönüş olacağına dair ümidlər yaradıb. Bəzi mülahi...

Hindistanda 32 hava limanı yeni işlək hala gəldi

Hindistan hakimiyyəti Hindistan-Pakistan sərhədində artan gərginlik fonunda əvvəllər bağlanmış 32 hava limanının fəaliyyətini bərpa etmək qərarına gəlib. &nb...