FIFA Mahir Emreli ilə bağlı qərarını ləğv edildi

İdman
21:21 / 10.10.2022
17642
FIFA Xorvatiyanın "Dinamo" (Zaqreb) komandasında çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emreli ilə bağlı qərarını ləğv edib.
Sfera.az-ın məlumatına görə, 25 yaşlı hücumçunun futbal oynamasına qoyulan qadağa götürülüb.
Artıq bununla bağlı ali futbol qurumundan kluba müvafiq məktub daxil olub.
Qeyd edək ki, FIFA Mahir Emrelini Polşa "Legiya"sı ilə müqaviləsindəki maliyyə öhdəliklərini yerinə yetirmədiyi üçün cəzalandırıb. Futbolçu bundan sonra sabiq komandasına olan borcunu ödəyib. (Report)