Sumqayıtda oğul atasının obyektini yandırıb - VİDEO

Sumqayıtda oğul atasının obyektini yandırıb - VİDEO

Ötən gün gecə saatlarında Sumqayıt şəhəri, Qurd dərəsi yaşayış massivinin ərazisində yerləşən obyektdə yanğın baş verməsi barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub.

 

FHN-dən Sfera.az-a verilən xəbərə görə, nazirliyin yanğından mühafizə qüvvələri tərəfindən yanğın söndürülüb. Yanğın nəticəsində 1945-ci il təvəllüdlü Doluxanov Elman Museyib oğluna məxsus ümumi sahəsi 150kv.m olan bir dam altında tikilmiş müxtəlif təyinatlı qeyri-yaşayış obyektlərinin 30 kv.m sahədə lambirdən ibarət tavanı əriyib və əşyaları yanıb.

 

Hadisə ilə əlaqədar FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları tərəfindən aparılan ilkin araşdırma, o cümlədən müşahidə kameralarına baxış və şahidlərin dindirilməsi nəticəsində yanğının qəsdən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Belə ki, aparılan araşdırma zamanı zərərçəkmiş – obyektin sahibi Doluxanov Elman Museyib oğlu ifadəsində yanğının öz oğlu tərəfindən törədildiyini qeyd edib. Obyektin nəzarət kameralarına baxış keçirilərkən hadisənin həqiqətən də zərərçəkmişin oğlu 1971-ci il təvəllüdlü Doluxanov Kalif Elman oğlu tərəfindən qəsdən törədilməsi faktı öz təsdiqini tapıb.

 

Qeyd olunan məsələ ilə bağlı toplanmış materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə göndərilib.

 

 


OXŞAR XƏBƏRLƏR

Qızılın qiymətində durğunluq - Almaq üçün əla fürsət

Qızıl bazarında nadir müşahidə olunan hal yaşanır. Bazarda qiymətlər ötən ayla müqayisədə aşağı düşüb.   Sfera.az Xəzər TV-yə istinadla xəbər ve...

Həlak olan fələstinlilərin sayı 57,8 minə çatıb

İsrail zərbələri nəticəsində Qəzza zolağında ölənlərin sayı son 24 saat ərzində 59 nəfərə çatıb, 208 vətəndaş yaralanma ilə xəstəxanaya yerləşdirilib.  ...

Acunun 22 milyon borcu var

Acun İlıcalının İngiltərədə 22 milyon funt sterlinq borca girdiyi bildirilib.   Sfera.az xəbər verir ki, tanınmış media maqnatının sahibi olduğu &quo...

Türkiyədə kağız fabrikində 50-yə yaxın işçi zəhərləndi

Türkiyənin qərbindəki Aydın vilayətində kağız fabrikinin 50-yə yaxın işçisi qidadan zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib.   Sfera.az ...

Xalq artistinin oğlu: "Həkim səhlənkarlığı ucbatından atamı itirdim"

"Azdrama"ya getmirəm. Elə bil ayağım getmir. "Azdrama" deyəndə teatrın köhnə vaxtları yadıma düşür. Təmirdən sonra teatr tam dəyişib. Bir də...

Gəncədə partlayışda ağır xəsarət alan şəxs öldü

Bir neçə gün əvvəl Gəncədə baş vermiş partlayış və yanğın hadisəsi nəticəsində ağır xəsarət alan şəxs müalicə aldığı xəstəxanada ölüb.   Sfera.az xəb...