“Məqsəd Zelenskini öldürmək olub” – Kiyev buna görə bombalanıb?

“Məqsəd Zelenskini öldürmək olub” – Kiyev buna görə bombalanıb?

Kremlin Kiyevi ardıcıl ağır raket atəşinə məruz qoyması bu istiqamətdə bəzi iddiaları yenidən gücləndirib. Belə ki, bombalardan biri də Zelenskinin ofisinə yaxın əraziyə atılıb və iddialardan biri də odur ki, Putin Zelenskini öldürməkdə qərarlıdır. Məhz buna görə Krım körpüsünü Rusiyanın partlatdığı irəli sürülüb.

 

Baş verən hadisələr Ukrayna liderinin sonu ola bilərmi?

 

Bununla bağlı Sfera.az-a açıqlama verən politoloq Əlimusa İbrahimov deyib ki,  hazırda insanların qorxduğu Kiyevə atılan bombalar içində taktika nüvə başlıqlarının olması ehtimalıdır:

 

“Belə olan halda Rusiyanın Kiyevi adi silahlarla atəşə tutması Putinin  Ukraynaya "mərhəməti" kimi qiymətləndirilə bilər. Görünür, körpünün tamamilə dağılmadığını əsas götürərək Rusiyada hələ ki, nüvəyə əl atmamağı qərara alıblar. Amma eyni zamanda körpünü sıradan çıxarmaq üçün edilən təşəbbüsə görə Moskva Ukraynaya elə dərs verilməyi planlaşdırır  ki, Zelenski bir daha bu fikrə düşməsin. Kiyevin raket atəşinə məruz qalması körpüdə baş verən partlayışın əvəzi çıxana qədər bir müddət davam etdiriləcək və sonda yenə də döyüşlər səngiyəcək, tərəflər itkilərin yerini doldurmaqla yeni döyüşlərə hazırlaşacaqlar. Rusiyanın Krım körpüsünü özü partladaraq Ukraynaya hücumu daha da intensivləşdirmək haqqında gəzən şayiələrə gəlincə, bu, inandırıcı görünmür. Çünki Rusiyanın Ukraynaya istədiyi səviyyədə hücum etməsi üçün yetərincə səbəbləri var və körpünün bu məqsədlə istifadə olunmasına zərurət görmürəm”.

 

Müsahibimiz bildirib ki, Rusiya müharibənin elə ilk günündən Zelenskinin öldürülməsini həyata keçirmək istiqamətində addımlar atır:

 

“Amma onun təşəbbüsləri hələ ki, nəticə verməyib. Növbəti dəfə də uğur qazanılacağı şübhə altındadır. Çünki Zelenski onun başı üçün qoyulan məbləğin bütün Ukrayna boyda  fantastik bir rəqəm olduğunu bilir və onu qorumaq gücünə malik olduğunu artıq sübut edib”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR