"Bir dollar 70 rubldan aşağı olmamalıdır" – İqtisadçı

İqtisadçı, Rusiyanın Maliyyə Analitikləri və Risk Menecerləri Birliyinin Müşahidə Şurasının üzvü Aleksandr Razuvaev hesab edir ki, Rusiya iqtisadiyyatındakı vəziyyətə görə, rubl daha ucuz olmalıdır. Onun fikrincə, bir dollar 70 rubldan aşağı düşməməlidir.
Sfera.az “Lenta.ru”ya istinadən məlumatına görə, Razuvaev bildirib ki, bunun bir çox səbəbi var:
“Gələn il ixracla bağlı problemlər yaşayacağıq və sanksiyaların bir çoxu qüvvəyə minəcəyindən iqtisadiyyatımızı zəiflədəcək”.
Onun sözlərinə görə, ilin sonuna qədər məzənnə bir dollar üçün 70 rubla çata bilər:
“Bu, tamamilə mümkündür. Maliyyə Nazirliyinə zəif rubl lazımdır, nəzərə alsaq ki, büdcəmizin qarşıdakı üç il ərzində kəsirlə üzləşəcəyi gözlənilir, büdcənin dəstəklənməsi hələ də çox vacibdir, ona görə də, rublun zəifləməsi kifayət qədər effektiv görünür”.
Qeyd edək ki, hazırda bir dollar 62-63 rubldur.
Vasif,
Sfera.az