"Güzəştli kreditlər daha çox regionların payına düşür" – Mikayıl Cabbarov

İqtisadiyyat
14:41 / 10.10.2022
6271
Sahibkarlığın İnkişafı Fondu tərəfindən bu ilin əvvəlindən 1 963 sahibkara 90,2 milyon manat güzəştli kredit verilib.
Sfera.az xəbər verir ki, bu məlumatı iqtisadiyyat naziri Mikayıl Cabbarov paylaşıb.
Nazir bildirib ki, güzəştli kreditlərin 62,8 milyon manatı 1 953 kiçik və orta həcmli layihəyə verilib:
“Bu kreditlər hesabına 2 100-ə yaxın yeni iş yerinin açılması imkanı yaranıb. Güzəştli kreditlərin 68,8%-i aqrar sektorun, 31,2%-i sənaye məhsullarının istehsalı və emalı və s. sahələrə yönəldilib”.
M.Cabbarov onu da qeyd edib ki, kreditlərin 83,3%-i regionların, 16,7%-i isə Bakı qəsəbələrinin payına düşür.
Vasif,
Sfera.az