Ərdoğanla Putin Astanada GÖRÜŞƏCƏK

Ərdoğanla Putin Astanada GÖRÜŞƏCƏK

Rusiya Prezidenti Vladimir Putin Türkiyə Prezidenti Rəcəp Tayyip Ərdoğanla görüşə bilər.

 

Sfera.az bildirir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov məlumat verib.

 

O, liderlərin Qazaxıstanın paytaxtı Astanada keçiriləcək Təhlükəsizlik Sammitində görüşə biləcəyini deyib. Peskov Ərdoğanın Ukrayna danışıqlarına ev sahibliyi etmək təklifi ilə bağlı sualı da cavablandırıb.

 

“Bu, mümkündür”, deyə Kremlin sözçüsü vurğulayıb.

 

Xatırladaq ki, Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyənin iki lider arasında danışıqlara ev sahibliyi edə biləcəyini bəyan edərək, həm Rusiya Prezidenti Putin, həm də Ukrayna Prezidenti Zelenskini danışıqlara çağırmışdı.

 

Günay Rəsulqızı,

Sfera.az


OXŞAR XƏBƏRLƏR