Dünyada ərzaq məhsulları ucuzlaşır, bəs Azərbaycanda niyə bahalaşır?  – Ekspert şərhi

Dünyada ərzaq məhsulları ucuzlaşır, bəs Azərbaycanda niyə bahalaşır?  – Ekspert şərhi

Son aylarda dünyada ərzaq qiymətlərinin enməsi müşahidə edilsə də, biz Azərbaycanda oxşar prosesləri görmürük. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Qlobal Ərzaq Qiymətləri İndeksinə dair açıqladığı məlumatlar göstərir ki, ərzaq qiymətlərində enmə altıncı ayına keçib. İndeks sentyabrda aylıq müqayisədə 1,1 faiz azalıb. Azərbaycan daxili bazarında isə son 6 ayda ərzaq qiymətləri nəinki enib, əksinə davamlı yüksəlib. 


Dünyada baş verən ucuzlaşmanın Azərbaycan bazarına təsir etməməsini Sfera.az-a şərh edən iqtisadçı-ekspert Nazim Bəydəmirli bunun qeyri-iqtisadi faktorlardan qaynaqlandığını deyib. 


N.Bəydəmirli xatırlatdı ki, FAO təşkilatı ən böyük qiymət artımını bu ilin martında qeydə alınıb. Martda ərzaq qiyməti indeksi fevral ayı ilə müqayisədə 12,6 faiz, 2021-ci ilin mart ayı ilə müqayisədə isə 33,6% artıb.


Ekspert martda ərzaq qiymətlərində sıçrayışın olmasının Rusiyanın Ukraynaya hərbi təcavüzü ilə bağlı olduğunu, bununla əlaqədar yükdaşımalarda çətinliklər yarandığını və bu faktorun qiymət artımlarına səbəb olduğunu qeyd edib. N.Bəydəmirli martda müşahidə edilən yüksək qiymət artımlarının sürətlə Azərbaycana sirayət etdiyini bildirib. 


Amma o apreldən başlayaraq qlobal ərzaq bazarında baş verən qiymət dəyişikliyinin Azərbaycanda hiss edilmədiyini vurğulayıb:

 

“Apreldən başlayaraq əvvəlki ayla müqayisədə ərzaq qiymətləri indeksi düşür və bu proses hələ də davam edir. Son 6 ayda dünyada ərzaq qiymətləri indeksinin düşməsinə baxmayaraq, Azərbaycanda bu dinamika görünmür, əksinə qiymətlərin bir qədər də artmasının şahidi oluruq. Bunun kökündə dayanan əsas səbəb Azərbaycanda hələ də inhisarçılığın, məmur sahibkarlığının olması və bazar iqtisadiyyatının təşəkkül tapmamasıdır. Azərbaycan idxaldan asılı olan ölkədir və qida məhsullarının önəmli hissəsini xaricdən alır. Buna görə də, xarici bazarda baş verən qiymət dəyişikliyi daxili bazarda hiss edilməlidir. Lakin sadaladığım amillər bunun baş verməsini qarşısını alır və ya ləngidir”. 


N.Bəydəmirli hesab edir ki, qiymətlərin enməsinin qarşısını alan digər səbəb idxalda asılı olduğumuz əsas ölkələrdən biri olan Rusiyada süni məzənnə siyasətinin yürüdülməsidir:

 

“Rusiyada rublun süni məzənnəsi yaradılıb. Bu ölkəyə qarşı sanksiyalar tətbiq olunub və ölkə SWIFT sistemindən kənarlaşdırılıb. Buna görə də, Azərbaycana idxal həyata keçirən sahibkarlar məhsulların dəyərini rublla ödəyirlər. Rublun hazırki kursu isə real dəyərindən bahadır. Bunu Rusiyanın Mərkəzi Bankı süni şəkildə edir. Mərkəzi Bankın inzibati yollarla həyata keçirdiyi müdaxilələr hesabına dollar/rubl kursu əvvəlki aylara nisbətən düşür. Buna görə də, idxalçılar rublla aldıqları malın dəyərini manata çevirəndə qiymətlər daha yüksək alınır”.


Vasif,
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Azərbaycanlı aktrisadan cəsarətli paylaşım – FOTOLAR

Türkiyədə yaşayan tanınmış aktrisa Nəsrin Cavadzadə yenə də diqqətləri üzərinə çəkməyi bacarıb. Aktrisa bu dəfə başdan-ayağa transparan libas seçimi ilə gündəmə...

Rusiya-Ukrayna müharibəsində dönüş olacaq?: "Zaman bu ölkənin xeyrinə işləyir"

Ukrayna və Rusiya prezidentlərinin danışıqlara başlanılması ilə bağlı verdiyi açıqlamalar münaqişənin həllində dönüş olacağına dair ümidlər yaradıb. Bəzi mülahi...

Hindistanda 32 hava limanı yeni işlək hala gəldi

Hindistan hakimiyyəti Hindistan-Pakistan sərhədində artan gərginlik fonunda əvvəllər bağlanmış 32 hava limanının fəaliyyətini bərpa etmək qərarına gəlib. &nb...

Müğənni Nigar “Vətən Müharibəsi iştirakçısı” medalını necə alıb? - FOTO

Müğənni Nigar Rəhimova "Vətən Müharibəsi iştirakçısı" medalı ilə təltif edilib.   Sfera.az xəbər verir ki, bu barədə Nigar Rəhimova öz...

ABŞ və Çin 90 günlük razılığa gəldi

ABŞ və Çin 90 gün müddətinə ticarət rüsumlarını qarşılıqlı azaltmaq barədə razılığa gəliblər.   Sfera.az xəbər verir ki, ABŞ Maliyyə Naziri Scott Bes...

Gəncədə yaşayış binasında PARTLAYIŞ: Ölən və xəsarət alan var

Gəncədə yaşayış binasında partlayış olub.   Sfera.az xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.   Belə ki, sözügedən ərazi...