Rusiyadan Haluk Bayraktara qarşı TƏXRİBAT: Qarşısını Ukrayna ALDI - ANBAAN VİDEO

Ukrayna Müdafiə Nazirliyinin Hərbi Kəşfiyyat İdarəsi “Baykar Technology” şirkətinin baş direktoru Haluk Bayraktara qarşı təxribatın qarşısını alıb.
Sfera.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Rusiyanın Federal təhlükəsizlik Xidməti (FSB) "Deepfake" texnologiyasından istifadə edərək Türkiyənin "Baykar" şirkətinin baş direktoru Haluk Bayraktarla görüşmək istəyib.
Ukrayna kəşfiyyatı həmin anların görüntülərini yayıb.
Videoda bir nəfər Ukraynanın Baş naziri Denis Şmiqal kimi görünüb. O, Haluk Bayraktarla görüşməyə cəhd göstərib. Vəziyyəti dərk edən Ukrayna kəşfiyyatı görüşə Bayraktarın katibi kimi qatılıb.
Ukrayna kəşfiyyatı bunu Rusiyanın Türkiyə-Ukrayna əlaqələrini pozma cəhdi kimi qiymətləndirib.
Qeyd edək ki, Rusiya kəşfiyyat xidməti tez-tez bu texnologiyadan istifadə edir. "Deepfake" texnologiyasında süni intellektin köməyi ilə saxta üzlər və səslər yaradılır.
Vəsilə İbrahim,
Sfera.az