Azadlığa çıxan eks nazir Vəli Ələsgərov: "Rəis çağırıb deyəndə şok düşdüm.."

Azadlığa çıxan eks nazir Vəli Ələsgərov:

Xəbər verdiyimiz kimi Naxçıvan MR keçmiş Milli Təhlükəsizlik naziri Vəli Ələsgərov azadlığa buraxılıb. Onun azadlığa buraxıldıqdan sonra Naxçıvandan çıxışına qadağa qoyulduğu, Bakıya gələ bilmədiyi haqda məlumatlar yayılıb. Məsələ ilə bağlı Manset.az-a açıqlama verən sabiq nazir deyilənlərin yalan olduğunu bildirib. O, azadlığa çıxması haqda da danışıb.

 

 

"Mənim son ana qədər heç nədən xəbərim olmayıb. Rəis məni çağırıb sizi azadlığa buraxırıq deyəndə, şoka düşdüm, elə bildim zarafat edir. İndi də azadlıqdayam."

 

 

"Bu deyilənlər yalandır. Hazırda Bakıda, ailəmin yanıdayam. Səhhətimlə, problemlərlə məşğulam. Allah dövlətimizi və Müzəffər Ali Baş Komandanımızı qorusun! Var olsun, sağ olsun, cənab Prezidentimiz."

 

 

Qeyd edək ki, Ali Məhkəmənin qərarı ilə Vəli Ələsgərov barəsində apellyasiya məhkəməsinin qərarı dəyişdirilərək 6 il 6 ay 20 gün azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi və 2016-cı ildən həbsdə olmaqla bu cəzanı çəkmiş olduğundan cəzaçəkmə müəssisəsindən azad edilməsi qərara alınıb.


OXŞAR XƏBƏRLƏR

Mehriban Əliyeva Pasxa bayramı münasibətilə Azərbaycanın xristian icmasını təbrik edib - FOTO

Birinci vitse-prezident Mehriban Əliyeva şəxsi "Instagram" hesabında Pasxa bayramı ilə bağlı paylaşım edib.   Sfera.az paylaşımı təqdim edi...

Zelenskidən atəşkəs qərarına REAKSİYA:

Rusiya cəbhədə tam sükuta hazır olsa, Ukrayna eyni şəkildə hərəkət edəcək.   Sfera.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski...

“Yasak Elma”nın aktrisası rəfiqəsini bıçaqlayıb öldürdü - FOTO

Türkiyəli aktrisa Sevil Akdağ mübahisə etdiyi sosial media fenomeni olan rəfiqəsi Elif Kıravı bıçaqlayaraq öldürüb.    Sfera.az xəbər verir ki, ...

Toydan 2 yaşlı uşağı oğurlayan şəxs saxlanıldı

Ağstafa rayon Aşağı Göycəli kəndi ərazisində keçirilən toy mərasimindən 2 yaşlı qız uşağının oğurlanması barədə məlumatlar yayılıb.   Sfera.az-ın məl...

Kütləvi zəhərlənmə olan şadlıq sarayının administratoru danışdı- VİDEO

Xəbər verdiyimiz kimi, ötən gün Xətai rayonunda yerləşən “Venesiya” şadlıq evində kütləvi zəhərlənmə olub.    “Qafqa...

Şərurlu İsfəndiyarın oğlu həbs edildi

Şərurlu İsfəndiyar ləqəbli tikinti maqnatı İsfəndiyar Axundovun oğlundan xəbər var.    Sfera.az-ın məlumatına görə, tikinti maqnatının oğlu Şahi...