Rəhimin prodüserindən iddialara cavab - "Bir toya 3500 manata gedirdi" - VİDEO

Rəhimin prodüserindən iddialara cavab - 

"Rəhimlə artıq 6-7 ildir bərabər işləyirdim. Bu günə qədər qapısını döyməyən sənətçilər, hamı onun haqqında danışmağa məcbur olub. Rəhimin ölümü çoxunun əlində reklam, piar olub. Hamı danışır. Elə sənətçilər danışır ki, elə bil Rəhimin əlindən tutub onu sənətə gətiriblər, müəllimi olub, televiziyaya çıxardıblar. Baxıb sadəcə gülmüşəm. 7 il ərzində bir evdə qalmışam, amma bir dəfə o müğənninin, o sənətkarın qapısını döyüb içəri girdiyini görməmişəm".

 

 

Sfera.az "axşam.az"a istinadən xəbər verir ki, bu sözləri mərhum bəstəkar-müğənni Rəhim Rəhimlinin prodüseri Həmzə Məmmədli "7 canlı" proqramında qonaq olarkən deyib. O, sənətçinin müalicəsi üçün imkanının olmaması ilə bağlı iddialara da aydınlıq gətirib:

 

 

"Çoxu deyir, Rəhimin pulu yox idi. Bir həkim var danışır, bilmirəm piar edir, ya nədirsə... Onun prodüseri olmuşam, gün ərzində ən azından iki toya gedirdi və ya bir. Bir toya minimum 3500 manata gedirdi. Bu, Bakı qiyməti idi. 2 toy olanda edir 7000 manat. İndi bu adamın özünü müalicə etməyə imkanı yox idi? Şəhərin mərkəzində qalırdı, hamı da gördü.

 

 

Evinin yanında restoran, istirahət mərkəzlərindən biri evini almaq istəyirdi. 2 milyon verirdi. Rəhim satmadı, çünki deyirdi ata-baba yurdudur. Lazım olsa, satıb öz müalicəsinə verə bilərdi. Həm də Rəhimin çox yaxşı, imkanlı dostları var idi. Lazım olsa, onlar da köməklik edərdi. Sadəcə olaraq özü də bəzən istəmirdi. Çünki yorulmuşdu".

 

 


OXŞAR XƏBƏRLƏR

Bəy və gəlin güclü qasırğadan qorxmayaraq rəqs etdilər - VİDEO

Tennessi ştatından olan cütlük və onların toy fotoqrafı fırtına fonunda çəkilmiş qeyri-adi toy fotolarından sonra sosial media istifadəçilərini valeh edib. Cütl...

Beyons kiçik qızını ilk dəfə səhnəyə çıxardı - FOTOLAR

43 yaşlı amerikalı müğənni Beyons övladlarını tədricən şou-biznesə cəlb edir. Böyük qızı, 13 yaşlı Blu Ayvi artıq anası üçün daimi ehtiyat rəqqasə olduğu halda,...

Mengele, Eichmann və digər nasistlər: Argentina gizli arxiv sənədləri göstərdi

Adolf Eichmann, Josef Mengele və digər nasistlər İkinci Dünya Müharibəsindən sonra Argentinaya qaçıblar.   Sfera.az bildirir ki, Üçüncü Reyxin yüksək v...

Adanın paytaxtı bir anda xarabalığa çevrildi - FOTOLAR

Bir vaxtlar səs-küylü və gözəl Plimut, Karib dənizinin qayalı Montserrat adasının paytaxtı, indi kül və daş təbəqələri altında xarabalıqlar içərisindədir. &nbs...

Şahzadə Endryu və Epşteyn cinsi istismarda ittiham olunurdu: Virciniya Giuffrenin şübhəli ölümü

Amerikalı milyarder Cefri Epşteyn 18 yaşından kiçik uşaqlara qarşı zorakılıq və insan alveri ittihamı ilə məhkəməni gözləyərkən həbsxanada intiharda şübhəli bil...

ADNA terrorundan 16 il ötür...

Azərbaycan Dövlət Neft Akademiyasında törədilən terrordan 16 il ötür.   Sfera.az xəbər verir ki, terror aktı 2009-cu il aprelin 30-u səhər saat 09:30...