"Kamran Həsənlinin dələduzluğu sübut olundu"

Müğənni Samir Piriyevin şoumen Kamran Həsənli ilə məhkəmə işində yeni məqamlar ortaya çıxıb.

Axşam.az-a açıqlama verən S.Piriyev qarşı tərəfin dələduzluğunu sübut edən faktlar topladığını bildirib:

"Artıq xeyli vaxtdır davam edən cinayət işinin araşdırmasında sonra istintaqa məlum oldu ki, Kamran Həsənli Türkiyədə heç bir işə pul qoymayıb. Bəlli oldu ki, qardaş ölkədə heç bir hesaba pul köçürülməyib. Kamran məndən dələduzluq yolu ilə aldığı pulu heç ölkədən kənara çıxarmayıb. Türkiyədən gələn bütün sənədlər artıq Kamran Həsənlinin dələduzluğunu sübut edib. 

O, hüquqa güc gəlmək istəyir, himayədarları ilə birlikdə istintaq tədbirlərinə tam mane olmağı bacarıblar. Buna görə də gələn həftə böyük mətbuat konfransı keçirib, himayədarların kimliyini, onlarla bağlı sübutları, istintaqa mane olan vəzifəli şəxslərin adlarını çəkib, ölkə başçısına müraciət ünvanlayacam. 

Azərbaycan Respublikasının qanunvericiliyi Kamran Həsənli və onun himayədarları qarşısında aciz deyil. Bir qrup adam hüquqdan üstün gələ bilməz".

Qeyd edək ki, Samir Piriyev hüquq-mühafizə orqanlarına müraciət edərək Kamran Həsənlinin ona qarşı 80 min dollar məbləğində dələduzluq etdiyini, onun bacısı Gülər Həsənlinin istintaqdan yayındığını bildirib. Hazırda faktla bağlı Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi üzrə cinayət işi başlanıb.

OXŞAR XƏBƏRLƏR

“Kokain viskidən pis deyil": Kolumbiya prezidentindən şok bəyanat

Kolumbiya prezidenti Qustavo Petro kokainin leqallaşdırılması məsələsi ilə bağlı debat açıb.    Sfera.az bildirir ki, Qustavo Petro ölkəsində qa...

“Netflix” transseksual aktrisa dan imtina etd - TƏFƏRRÜATLAR

İslamofob və irqçi mesajlar yayan ispan transseksual aktrisa Karla Sofia Qaskonun silinmiş tvitləri ətrafında mübahisələr getdikcə genişlənir.    ...

Bred Pitt Ancelina Coli ilə barışmağa çalışır: Məqsədi nədir?

Hollivud aktyoru Bred Pitt Ancelina Colidən münasibətlərini yaxşılaşdırmasını istəyib. Sfera.az bildirir ki, illərlə ictimai, qalmaqallı boşanmadan sonra məş...

Hindistanda fil turisti öldürdü

Hindistanın Anamalai Pələng Qoruğunda (Tamil Nadu ştatı) vəhşi fil Almaniyadan gələn 77 yaşlı turistə hücum edərək onu öldürüb.   Sfera.az bildirir ki,...

Bütün qızılları mağazadan çıxarmaq üçün üç gün havalandırma şaxtasında yaşadı - FOTO

Türkiyənin Adana şəhərindəki ticarət mərkəzindən qızıl oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb. O, 3 gün havalandırma şaxtasında polisdən gizlənib və sonda ...

Türkiyədə sərnişin avtobusu aşdı- Ölən və yaralananlar var

Türkiyənin Antalya şəhərində sərnişin avtobusu aşıb.   Sfera.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 1 nəfər ölüb, 32 nəfə...