\"Şərurlu İsfəndiyar\"ın oğluna vəzifə verilibmiş - FOTO

\

Sumqayıt şəhərinin ən böyük nəqliyyat şirkətinə "Şərurlu İsfəndiyar” kimi tanınan tikinti maqnatı İsfəndiyar Axundovun oğlu rəhbər seçilib. 

 

Sfera.az xəbər verir ki, Qaynarinfo-nun əldə etdiyi məlumata görə, "Sumqayıt Nəqliyyat Təchizat" Açıq Səhimdar Cəmiyyətinin (ASC) səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçirilərək, İdarə Heyətinin sədri vəzifəsinə Axundov Tanrıverdi İsfəndiyar oğlu gətirilib.

 

Qeyd edək ki, "Şərurlu İsfəndiyar" kimi tanınan tikinti maqnatı, "Şərur" MTK-nın sədri İsfəndiyar Axundovun oğlu Tanrıverdi Axundov bir neçə dəfə KİV-lərin gündəminə gəlib. Belə ki, Tanrıverdi Axundov 10 VO 200 dövlət nömrə nişanlı "Bentley Continental" maşınla su kanalına düşməsi, Bakıda dəbdəbəli toy etməsi və bahalı avtomobilləri ilə diqqəti çəkib.

 

Xatırladaq ki, "Sumqayıt Nəqliyyat Təchizat" 2004-cü ildə yaradılıb. ASC-nin nizamnamə kapitalı 75 512 manatdır.


OXŞAR XƏBƏRLƏR

Rusiyanın beş qonşusu Ottava Konvensiyasından çıxır

Estoniya, Latviya, Litva, Finlandiya və Polşa Mina Qadağası Müqaviləsindən çıxaraq mülki şəxsləri uzunmüddətli təhlükə ilə üz-üzə qoyub.   Sfera.az x...

Külək, yağış, şimşək... - Bu günün hava proqnozu

İyulun 2-də Azərbaycanın bəzi yerlərində güclü külək əsəcək, yağış yağacaq, şimşək çaxacaq.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətind...

Son 1 ildə neçə qohum evliliyi qeydə alınıb?

Ötən il iyulun 23-dən 2025-ci il iyulun 1-dək 2599 qohum nikahı qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq Ə...

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...