Baydenin "Armageddon" açıqlamasına dünya liderlərindən REAKSİYALAR

Baydenin

ABŞ prezidenti Co Baydenin "Armageddon" açıqlaması bütün dünyada soyuq duş effekti yaradıb.

 

Sfera.az bildirir ki, məlumata görə, Bayden xəbərdarlığını hazırlanmış mətndən oxumayıb. O cümlədən, bu çıxış televiziyada da yayımlanmayıb. ABŞ rəsmiləri isə Ağ Ev rəhbərinin sözlərini gücləndirən yeni kəşfiyyat məlumatlarının olmadığını vurğulayıb, buna baxmayaraq açıqlama ciddi müzakirələrə səbəb olub.

 

Ağ Evin sözçüsü Karine Jean-Pierre mövzu ilə bağlı danışarkən “Rusiyanın tezliklə nüvə silahından istifadə edəcəyinə dair heç bir işarə yoxdur. Gərginliyi azaltmaq Putindən asılıdır”, deyə söyləyib.

 

Baydenin nüvə xəbərdarlığına cavab verən ilk dünya liderlərindən biri isə Fransa prezidenti Emmanuel Makron olub. O, ABŞ prezidentinə “Bu cür məsələlərə münasibət bildirərkən sağlam düşüncədən istifadə etməliyik”, deyə xəbərdarlıq edib.

 

Finlandiyanın baş naziri Sanna Marin isə Baydenin çıxışından danışarkən "Bu münaqişədən çıxış yolu Rusiyanın Ukraynanı tərk etməsidir”, bildirib.

 

Xatırladaq ki, Co Bayden ötən çıxışı zamanı “Putin Ukraynadakı müharibədə qalib gəlmək üçün taktiki nüvə silahından istifadə edərsə, dünya “Armageddon”la (dini mənbələrdə dünyanın sonu gəldiyi zaman baş verəcəyi proqnozlaşdırılan böyük “Qiyamət” müharibəsinin adıdır) üzləşə bilər. Ukrayna ordusu Rusiya qüvvələrinə qarşı quruda yeni qələbələr əldə etdikcə, Putinin buna necə cavab verəcəyini diqqətlə izləyirik. O, taktiki nüvə, bioloji və ya kimyəvi silahlardan istifadə haqqında danışarkən zarafat etmir, çünki ordusu görünən dərəcədə aşağı performans göstərir. Buna görə də Putinə qarşı çıxış yolu tapmağa çalışırıq”, demişdi.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Nə üçün Bakını ziyarət edək? - "Forbes" Azərbaycandan yazdı

ABŞ-nin məşhur “Forbes” iqtisadi jurnalında Bakı haqqında məqalə-reportaj dərc olunub.   Sfera.az xəbər verir ki, yazıda Bakının tarixi, ...

Azərbaycanlı aktrisadan cəsarətli paylaşım – FOTOLAR

Türkiyədə yaşayan tanınmış aktrisa Nəsrin Cavadzadə yenə də diqqətləri üzərinə çəkməyi bacarıb. Aktrisa bu dəfə başdan-ayağa transparan libas seçimi ilə gündəmə...

Rusiya-Ukrayna müharibəsində dönüş olacaq?: "Zaman bu ölkənin xeyrinə işləyir"

Ukrayna və Rusiya prezidentlərinin danışıqlara başlanılması ilə bağlı verdiyi açıqlamalar münaqişənin həllində dönüş olacağına dair ümidlər yaradıb. Bəzi mülahi...

Hindistanda 32 hava limanı yeni işlək hala gəldi

Hindistan hakimiyyəti Hindistan-Pakistan sərhədində artan gərginlik fonunda əvvəllər bağlanmış 32 hava limanının fəaliyyətini bərpa etmək qərarına gəlib. &nb...

Müğənni Nigar “Vətən Müharibəsi iştirakçısı” medalını necə alıb? - FOTO

Müğənni Nigar Rəhimova "Vətən Müharibəsi iştirakçısı" medalı ilə təltif edilib.   Sfera.az xəbər verir ki, bu barədə Nigar Rəhimova öz...

ABŞ və Çin 90 günlük razılığa gəldi

ABŞ və Çin 90 gün müddətinə ticarət rüsumlarını qarşılıqlı azaltmaq barədə razılığa gəliblər.   Sfera.az xəbər verir ki, ABŞ Maliyyə Naziri Scott Bes...