Ukrayna sərhədində öldürülən azərbaycanlılarla bağlı XİN-dən AÇIQLAMA

Ukrayna-Rusiya sərhədində azərbaycanlıların olduğu avtobus atəşə məruz qalıb.
Sfera.az xəbər verir ki, bu barədə vəkil Aqil Layıc öz feysbuk hesabında məlumat paylaşıb. O bildirib ki, içərisində çoxsaylı sərnişinlərin olduğu avtobus Xerson istiqamətində vurulub. Atəşin Rusiya Silahlı Qüvvələri mənsubları tərəfindən açıldığı qeyd edilib. Hadisə nəticəsində avtobusdakı şəxslərin həlak olduğu bildirilib. Onların 4-ü Zərdab rayonunun Məmmədqasımlı kənd sakinləridir. Məlumata görə, Rusiya-Ukrayna sərhədindən qarşı tərəfə keçmək istəyən şəxslər Rusiyadakı qismən səfərbərliklə əlaqədar bu ölkəni tərk etmək niyyətində olublar.
Bununla bağlı Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva Sfera.az-a açıqlama verib.
O qeyd edib ki, bununla bağlı məlumat hələ ki, təsdiqini tapmayıb.
Türkan