“Bu haqda iki dəfə düşünmək lazımdır” - Zelenski

Ağ Ev rəhbəri Co Baydendən sonra Ukrayna lideri Zelenski də nüvə müharibəsi ilə bağlı xəbərdarlıq edib.
Sfera.az bildirir ki, ölkə başçısı Rusiyanın nüvə zərbəsi üçün cəmiyyətini hazırlamağa başladığını söyləyib.
“Bu, Qərb dövlətlərini Ukraynanı dəstəkləmək barədə iki dəfə düşünməyə vadar etmək üçün nəzərdə tutulmuş Rusiya təhdididir və bu barədə fatalist olmaq üçün heç bir əsas yoxdur. Onlar bilmirlər ki, silahdan istifadə etsinlər, ya yox. Düşünürəm ki, bu barədə danışmaq belə təhlükəlidir. Düzdür, Rusiya öz xalqını nüvə hücumuna hazırlamağa başlayır, lakin Putin hələ buna hazır deyil”.
Zelenski həmçinin bildirib ki, Rusiya martın əvvəlində işğal etdiyi Zaporojye AES-dəki hərəkətləri ilə artıq dünyanı təhdid edir.
Xatırladaq ki, Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri keçən ay elektrik stansiyasındakı vəziyyətin ciddiliyini “Nüvə qəzasının bir addımlığındayıq” deməklə izah edib. Ukrayna prezidenti Zelenski isə müttəfiqlərini istənilən formada nüvə repressiyasının qarşısını almaq üçün Rusiyaya qarşı əlavə sanksiyalar tətbiq etməyə çağırıb.
Günay Rəsulqızı