Britaniyanın ən yeni təyyarədaşıyan gəmisində NASAZLIQ

Britaniyanın ən yeni təyyarədaşıyan gəmisində NASAZLIQ

Britaniya Hərbi Dəniz Qüvvələri (Dəniz Qüvvələri) ən yeni HMS Prince of Wales (“Uels Şahzadəsi”) təyyarədaşıyan gəmisində daha bir nasazlıq aşkar edib.


Sfera.az xarici mətbuata istinadən bildirir ki, bu barədə Britaniya rəsmi dairələri məlumat yayıb.


“Bu səhər Şotlandiyaya yola düşməli olan “HMS Prince of Wales” təyyarə daşıyıcısının avadanlıqlarının bir hissəsində yanacaq şlanqında çat aşkar edilməsi səbəbilə reys təxirə salınıb" deyə mənbədən mətbuata bildirilib.


Qeyd olunur ki, hazırda təyyarədaşıyan Portsmutdakı dəniz bazasındadır. Ehtimallara görə gəmi oktyabrın 8-də Şotlandiyaya gedə biləcək.


Xatırladaq ki, avqustun sonunda gəmi İngiltərə sahillərində parçalanmış və Portsmutdakı bazasına qayıtmışdı. Xəbər saytları təyyarədaşıyan gəminin sıradan çıxmasını ciddi texniki xəta adlandırmışdı.

Qeyd edək ki, “HMS Prince of Wales” 2019-cu ilin dekabrında istismara verilib və rəsmi olaraq Kral Dəniz Qüvvələrinə verilmişdi. O, 36 şaquli enişli F-35B qırıcısı və 4 helikopteri daşımaq üçün nəzərdə tutulub. Ehtiyac yarandığı halda gəmi 70-ə qədər döyüşçü götürə bilir.

 

Aynil


OXŞAR XƏBƏRLƏR

Azərbaycanlı aktrisadan cəsarətli paylaşım – FOTOLAR

Türkiyədə yaşayan tanınmış aktrisa Nəsrin Cavadzadə yenə də diqqətləri üzərinə çəkməyi bacarıb. Aktrisa bu dəfə başdan-ayağa transparan libas seçimi ilə gündəmə...

Rusiya-Ukrayna müharibəsində dönüş olacaq?: "Zaman bu ölkənin xeyrinə işləyir"

Ukrayna və Rusiya prezidentlərinin danışıqlara başlanılması ilə bağlı verdiyi açıqlamalar münaqişənin həllində dönüş olacağına dair ümidlər yaradıb. Bəzi mülahi...

Hindistanda 32 hava limanı yeni işlək hala gəldi

Hindistan hakimiyyəti Hindistan-Pakistan sərhədində artan gərginlik fonunda əvvəllər bağlanmış 32 hava limanının fəaliyyətini bərpa etmək qərarına gəlib. &nb...

Müğənni Nigar “Vətən Müharibəsi iştirakçısı” medalını necə alıb? - FOTO

Müğənni Nigar Rəhimova "Vətən Müharibəsi iştirakçısı" medalı ilə təltif edilib.   Sfera.az xəbər verir ki, bu barədə Nigar Rəhimova öz...

ABŞ və Çin 90 günlük razılığa gəldi

ABŞ və Çin 90 gün müddətinə ticarət rüsumlarını qarşılıqlı azaltmaq barədə razılığa gəliblər.   Sfera.az xəbər verir ki, ABŞ Maliyyə Naziri Scott Bes...

Gəncədə yaşayış binasında PARTLAYIŞ: Ölən və xəsarət alan var

Gəncədə yaşayış binasında partlayış olub.   Sfera.az xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.   Belə ki, sözügedən ərazi...