Çay yoxsa qəhvə? - Hansı daha faydalıdır?

Çay yoxsa qəhvə? - Hansı daha faydalıdır?

Çay və qəhvə daim müqayisə edilən iki içkidir.


Çay və qəhvə arasında bu rəqabətə son zamanlar sağlamlıq faktorları da əlavə edilib. Hər ikisinin ürək-damar üçün faydalı olduğu deyilir, lakin insanlar hansına ehtiyacı olduğuna görə seçim edir.


Səhər əliniz çaydana yoxsa qəhvə bişirənə gedir? Hansını seçmənizdən asılı olmayaraq, alimlərin fikrincə normadan artıq olmamaq şərti ilə orqanizm üçün faydalıdır. Hər ikisinin sağlamlığa təsiri fərqlidir.

QƏHVƏ: LİF MƏNBƏYİ

Amerika Sağlamlıq İnstitutu aparılan araşdırmalar zamanı qəhvənin tərkibində çaydan daha çox lif olduğunu müəyyən edib. Tədqiqatın nəticələrinə görə orta hesabla bir fincan qəhvənin tərkibində 1,1-1,8 qram lif var. Lif miqdarı qəhvənin necə dəmləndiyindən də asılıdır. Üç fincan qəhvə gündəlik lif ehtiyacımızın təxminən beşdə birini, yəni 25 qramını ödəyə bilər.

ÇAY: DİQQƏT

Bitirməli olduğunuz işiniz və ya hazırlaşmaq üçün imtahanlarınız var? Bu baxımdan hər iki içkinin tərkibindəki kofein konsentrasiyaya kömək edə bilər. Tədqiqatlar sübut edir ki, kofein diqqəti, canlılığı və çevikliyi artırır. Bununla belə, həddindən artıq kofein qəbulu əsəbilik, ürəkbulanma, yuxusuzluq və ishal kimi problemlərə səbəb ola bilər.

Bir fincan (təxminən 240 mililitr) qəhvənin tərkibində 100 milliqram kofein var. Eyni miqdarda qara çayda 50 milliqram kofein var. Ancaq bu baxımdan çayın bir üstünlüyü var: Tərkibindəki kofein canlılıq verir, lakin yuxunu pozmayacaq miqdardadır.

Çay və qəhvə polifenolların yaxşı mənbəyidir. Polifenollar sağlamlıq üçün çox faydalı olan bitki birləşmələri hesab olunur. Amerika Sağlamlıq İnstitutunda aparılan başqa bir araşdırma polifenolların xroniki xəstəliklər riskini azaltdığını və yoğun bağırsaqda mikrofloranın "əsas qidası" olduğunu sübut edir.

ÜRƏK XƏSTƏLİKLƏRİ RİSKİNİ AZALDIR

Xüsusi qrup insanlar üzərində aparılan təcrübələr çay və qəhvənin ürək sağlamlığına təsiri ilə bağlı müxtəlif məlumatlar əldə etməyə imkan verir. Çay və qəhvənin tərkibində olan antioksidant və polifenolun ürək sağlamlığına qoruyucu təsir göstərdiyi məlumdur.

Kliniki sınaqlar göstərir ki, xüsusilə yaşıl çayın müntəzəm qəbulu yüksək təzyiq və xolesterin üçün faydalıdır. Gündə 2-4 stəkan kofeinsiz qəhvə istehlakı da ürək xəstəliklərinin qarşısını alır.

XƏRÇƏNG, ŞƏKƏRLİ DİABET VƏ DİGƏR...

İllər ərzində aparılan çoxsaylı araşdırmalar kofeni müntəzəm və normal miqdarda qəbul edənlərin xərçəngə tutulma riskinin digər insanlara nisbətən daha az olduğunu göstərir.


İndiyə qədər aparılan tədqiqatlar çay qəbulu ilə xərçəng arasında dəqiq əlaqə aşkar etməyib.


Digər tərəfdən, müntəzəm olaraq qəhvə istehlak edənlərin 2-ci tip diabetə tutulma ehtimalı daha azdır. 1 milyondan çox insan üzərində aparılan araşdırma göstərir ki, hər gün 4 stəkan kofe içən insanlarda şəkər xəstəliyinə tutulma riski digər insanlara nisbətən 25 % azdır.


Bununla belə, stressi azaltmağa çayın daha çox kömək etdiyi məlum olub. Amerika Milli Sağlamlıq İnstitutunun bu mövzuda hazırladığı araşdırma, çayın stresə səbəb olan kortizol hormonunu azaldığını sübut edir. Kofeinin isə kortizolu yüksəltdiyi deyilir.

 

Çay və qəhvənin ümumi faydalarından biri uzunömürlülükdür. Böyük Britaniyada 500.000 insan üzərində 14 il müddətində aparılan təcrübə nəticəsində hər gün ən azı iki fincan çay içənlərin 9-13% daha çox yaşadığı məlum olub.
 

172 min insan üzərində 7 il aparılan araşdırmada hər gün 2-4 fincan qəhvə qəbul edənlərin digərlərindən 30% daha uzun yaşadığı ortaya çıxıb.


Tədqiqatlar göstərir ki, qəhvə həvəskarları diabet, xərçəng və bağırsaq mikroflorası, çay içənlərdə isə qan təzyiqi, xolesterin, stress səviyyələri, psixi sağlamlıq və məntiq inkişafı daha yaxşı olur.
 

Araşdırmalar dünyada hər 1 fincan qəhvəyə qarşılıq üç stəkan çay içildiyini göstərir.

 

Aynil
 


OXŞAR XƏBƏRLƏR

Rusiya-Ukrayna müharibəsində dönüş olacaq?: "Zaman bu ölkənin xeyrinə işləyir"

Ukrayna və Rusiya prezidentlərinin danışıqlara başlanılması ilə bağlı verdiyi açıqlamalar münaqişənin həllində dönüş olacağına dair ümidlər yaradıb. Bəzi mülahi...

Hindistanda 32 hava limanı yeni işlək hala gəldi

Hindistan hakimiyyəti Hindistan-Pakistan sərhədində artan gərginlik fonunda əvvəllər bağlanmış 32 hava limanının fəaliyyətini bərpa etmək qərarına gəlib. &nb...

Müğənni Nigar “Vətən Müharibəsi iştirakçısı” medalını necə alıb? - FOTO

Müğənni Nigar Rəhimova "Vətən Müharibəsi iştirakçısı" medalı ilə təltif edilib.   Sfera.az xəbər verir ki, bu barədə Nigar Rəhimova öz...

ABŞ və Çin 90 günlük razılığa gəldi

ABŞ və Çin 90 gün müddətinə ticarət rüsumlarını qarşılıqlı azaltmaq barədə razılığa gəliblər.   Sfera.az xəbər verir ki, ABŞ Maliyyə Naziri Scott Bes...

Gəncədə yaşayış binasında PARTLAYIŞ: Ölən və xəsarət alan var

Gəncədə yaşayış binasında partlayış olub.   Sfera.az xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.   Belə ki, sözügedən ərazi...

İyunda bu tarixlərdə iş olmayacaq - TƏQVİM

İyun ayının qeyri-iş günləri açıqlanıb.   Sfera.az xəbər verir ki, 6-7 iyun Qurban bayramı, 15 iyun Milli Qurtuluş Günü, 26 iyun isə Azərbaycan Respu...