21-ci əsrin “2-ci Dünya müharibəsi” - FOTO

21-ci əsrin “2-ci Dünya müharibəsi” - FOTO

“Afrikanın Dünya Müharibəsi" adlandırılan 2-ci Konqo savaşında (1998-2003) 7 millətin nümayəndələri iştirak etmiş və 5,4 milyondan çox insan ölmüşdür.



Sfera.az bu dəfə 20-ci əsrin sonu 21-ci əsrin əvvəllərində baş vermiş tarixin ən qanlı hadisələrindən biri haqqında yazı təqdim edir.



Birinci Konqo Müharibəsində Laurent-Desira Kabila Uqanda və Anqola kimi müttəfiq ölkələrin köməyi ilə ölkənin idarəçiliyini öz üzərinə götürmüşdü. Ölkə administrasiyasını ələ keçirdikdən sonra hakim qüvvələr ilk olaraq xarici nümayəndəlikləri və silahlı qüvvələri ölkədən çıxarmağa cəhd etdilər. Bu vəziyyətdən ən çox narahat olanlar Ruandadan Konqoya qaçan tutsilər oldu. Bu qərara cavab olaraq Cənub-Şərqi Konqoda yaşayan tutsilər hökumətə qarşı üsyana qalxaraq daxili çaxnaşma və xaos yaratmağa başladılar. Ruanda isə tutsilərin yaratdığı iğtişaşlara dəstək vermək üçün silahlı dəstələrini Konqoya göndərdi. Bu dəstəkdən sonra Konqo hökuməti tərəfindən tutsilərə qarşı cəbhə quruldu. Ölkədə daxili çaxnaşmanın tüğyan etdiyi vaxtda Konqo prezidenti Kabila radio ilə bütün xalqa səslənərək tutsilərin göründüyü yerdə öldürülməsini tələb etdi. Digər tərəfdən tutsilərə yardım edən Ruandanın da məqsədi Konqonu vətəndaş müharibəsi ilə məhv etmək və torpaqlarını ələ keçirmək idi. O, hətta Burundi və Uqanda dövlətlərini bu müharibədə müttəfiq kimi öz sıralarında vuruşmağa inandırmışdı. Prezident Kabila sürətlə yayılan vətəndaş müharibəsini yatırmaq üçün hərəkətə keçmişdi. Kabila qarşı tərəfin taktikasından istifadə edərək bəzi dövlətlərlə əməkdaşlıq etdi. Bu ölkələrdən; Anqola, Namibiya, Zimbabve, Mali, Liviya, Çad ölkələri Konqo hökuməti ilə bir cəbhədə yer aldı.



Zaman irəlilədikcə ölkədə gərginlik və xaos artdı; Ruanda Uqanda və Konqo hökuməti arasında üç hissəyə bölündü. 1999-cu ilə qədər tərəflər arasında Lusaka atəşkəs sazişi imzalandı. Xüsusilə vətəndaş müharibəsi dövründə ölkədəki qırğınlara və mülki itkilərə qarşı Avropada reaksiyalar artmağa başladı və Birləşmiş Millətlər Təşkilatı hərəkətə keçərək mübarizəni davam etdirən iki tərəfə sülh təklifləri verdi. Lakin heç bir nəticə verməyən sülh təkliflərindən sonra müharibə yenidən qızışdı. Konqo prezidenti Kabila qarşı tərəfin sui-qəsd cəhdi nəticəsində öldürüldü. Ölümündən sonra oğlu Cozef Kabila vəzifəyə keçdi. Tərəflər arasında müharibə mühiti zaman keçdikcə sakitləşdi və daha sonra Konqoda hutu yaraqlıları yorulub iğtişaşlar törətməklə sülh prosesini sürətləndirdi. İki ölkə öz aralarında olan problemə Petorla müqaviləsi ilə son qoydu və müharibə başa çatdı.



Müharibə rəsmən başa çatsa da, təzyiqlər hələ də sona çatmamışdı. Təbii ehtiyatlarla zəngin Konqo xarici ölkələrin strateji hədəfinə çevrilmişdi. Tutsilərə verilən dəstək sırf mənfəət üçün idi. Xarici ölkələr Konqo Demokratik Respublikasını parçalamaqla onların zəngin torpaqlarını ələ keçirmək üçün üsyançılara dəstək verməkdən başqa yol tapa bilmirdilər. Bu vətəndaş müharibəsində insanlar kütləvi şəkildə vəhşicəsinə qətlə yetirilirdi. Ruandaya görə, tutsilər bu vətəndaş müharibəsindən sonra yaşadıqları Konqo torpaqlarında müstəqil və azad etnosa çevriliblər. Afrika öz coğrafiyasında son 30 ildə İkinci Dünya Müharibəsindən daha çox itki verib və dünya ölkələri bu vətəndaş müharibəsinə, vəhşiliyə sadəcə tamaşaçı olub.



Konqodakı vətəndaş müharibələrinin ən təsirli qismi əsasən uşaqların döyüş qüvvəsi kimi istifadə edilməsi idi. Uşaqlar qaçıb, oynamaq, əylənmək əvəzinə, silahlanıb küçələrdə öldürülürdülər.



Konqo vətəndaş müharibəsinin ; ölkənin sərvətinə görə strateji mövqedə yerləşməsi, bir çox dövlətlərin bu torpaqlarda gözünün olması, etnik ayrı-seçkiliyin artması, yetkin insanların deyil, uşaqları müharibəyə cəlb etmək səlahiyyəti verən şəxsiyyət pozğunluğu olan insanların hakimiyyətdə olması kimi bir çox səbəblər var.



İkinci Dünya müharibəsi adını almış bu hadisə 2012-ci ildə bitsə də, ölkədə etnik mənşəli vətəndaş müharibələri 2015-ci ilə qədər davam etmişdi. BMT-nin hesabatına görə, Konqoda vətəndaş müharibəsindən sonra minlərlə insan sülhdən sonra da zorla evlərindən qovulub.

 

Aynil

 


OXŞAR XƏBƏRLƏR

Qətlə yetirilən qardaşların cənazəsi dəfn üçün Ağcabədiyə gətirildi

Rusiyanın Yekaterinburq şəhərində qətlə yetirilən qardaşlar Ziyəddin və Hüseyn Səfərovların cənazəsi dəfn üçün səhər saatlarında Ağcabədiyə gətirilib.  ...

Azərbaycanda karantin rejiminin uzadılması qərarı qüvvəyə minib - BU GÜNDƏN

Bu gündən Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı yeni qərar qüvvəyə minib.   Sfera.az xəbər verir ki, Baş na...

İlon Mask ölkədə yeni siyasi partiya yaratmağa çağırıb

Amerikalı milyarder İlon Mask ABŞ prezidenti Donald Trampın hökumət xərclərinin azaldılması ilə bağlı qanun layihəsini tənqid etdiyini təkrarlayaraq ölkədə yeni...

"Onları vəhşicəsinə döyərək evdən çıxarıblar...” - VİDEO

“Onlara o qədər işgəncə verilib ki, bu, insanlığa sığmayan bir hərəkətdir”.   Sfera.az xəbər verir ki, bunu Yekaterinburqda hüquq-mühafiz...

Bu tarixdə görüşəcəklər

İsrailin Baş naziri Benyamin Netanyahu yaxın günlərdə Vaşinqtona səfər edəcək və iyulun 7-də Ağ Evdə ABŞ Prezidenti Donald Trampla danışıqlar aparacaq.  ...

"Torba-torba pul paylayırdım" - Əməkdar artist görün nələr danışdı

"Azərbaycana şounu mən gətirmişəm. İlk şou-proqramı mən yaratmışam və ilk şoumeni mənəm".   Sfera.az xəbər verir ki, bu sözləri Əməkdar art...