Elon Maskdan Tayvanla bağlı təklif

Amerikalı iş adamı Elon Mask Tayvan ətrafında münaqişənin qaçılmaz olduğunu qeyd edərək, ada dövlətinin Çinin xüsusi inzibati bölgəsinə çevrilməsini təklif edib.
Sfera.az xarici mətbuata istinadən bildirir ki, bu barədə Mask mətbuata verdiyi açıqlamada danışıb.
“Mənim tövsiyəm Tayvan üçün xüsusi inzibati zona təklif etmək olardı. Düşünürəm ki, bəlkə də onlar Honq-Konqdan daha liberal razılaşmalar əldə edə bilərlər”- deyə Mask bildirib. O həmçinin əlavə edib ki, bu fikir hər kəs tərəfindən birmənalı qarşılanmaya bilər.
Qeyd edək ki, daha əvvəl oktyabrın 3-də Almaniya parlamentinin Tayvanla əlaqələr üzrə qrupunun sədri Klaus-Piter Vilş Tayvan real hərbi təhlükə ilə üzləşəcəyi təqdirdə Almaniyanın Tayvanı dəstəkləyəcəyini bildirmişdi. Millət vəkili Almaniyaya hansı dəstəyin veriləcəyini açıqlamayıb.
Xatırladaq ki, sentyabrın 28-də Çin Tayvan ərazisinə 31 təyyarə və 4 hərbi gəmi göndərmişdi. Çinin Tayvandakı prosesləri izləmək üçün hava patrulu göndərdiyi, radio vasirəsilə xəbərdarlıq etdiyi, həmçinin zenit-raket sistemlərini burada yerləşdirdiyi bildirilir.
Çin ABŞ-ın bu addımdan çəkinmək barədə təcili tələbinə məhəl qoymadıqdan sonra Nümayəndələr Palatasının sədri Nensi Pelosi Tayvana səfər etmişdi. O, səfərini ABŞ-ın Tayvanda demokratiyanı dəstəkləmək cəhdinin sübutu kimi qiymətləmdirmişdi.
Birləşmiş Ştatlar Tayvan hakimiyyətinə dəstək verərkən, adanın Çinin tərkib hissəsi olmasını da inkar etmədiyini iddia etmişdi.
Xatırladaq ki, ÇXR hökuməti ilə Tayvan arasında rəsmi əlaqələr 1949-cu ildə kəsilmiş, əlaqələr 1980-ci illərin sonundan etibarən bərpa edilmişdi.
Aynil