Ukraynanın YENİ SİLAHI: Bir partlayışla nəhəng əraziləri məhv edir

Ukraynanın yeni silahı ilk dəfə cəbhədə nümayiş etdirilib.
Sfera.az bildirir ki, “Ukraine Weapons Tracker” adlı “Twitter” hesabında Ukrayna əsgərlərinin Xerson cəbhəsində ABŞ-ın tədarük etdiyi HIMARS/M30A1 raketlərindən istifadə edildiyi bildirilib.
Paylaşılan görüntülərdə “M30A1” raketlərinin kapsulları yer alıb. İlk dəfə görülən “M30A1”lərin ABŞ-ın son hərbi yardım paketinə daxil olduğu düşünülür. Məlumata görə, sözügedən yeni sursat eyni anda böyük ərazilərə təxminən 200.000 volfram topu ata bilər.
Qeyd olunub ki, Ukrayna qoşunlarının əlində olan mövcud “M31”lər qərargah binaları və ya sursat anbarları kimi hədəfləri məhv etmək üçün istifadə olunur:
“”M31”lər 90 kq partlama qabiliyyətinə malikdir, lakin böyük ərazilərə yayılmış hədəflərdə gözlənilən nəticələri verə bilmir. Bunun əksinə olaraq, yeni göndərilmiş “M30A1” daha böyük sahələri əhatə etmək üçün xüsusi olaraq hazırlanıb. Uzun mənzilli “M30A1” təxminən 920 km məsafəyə malikdir və 85 metrlik hədəf bölgəsində təsirlidir. Bu, o deməkdir ki, birdəfəlik partlayış zamanı nəhəng ərazilər məhv ola bilər. Havada partlayacaq şəkildə proqramlaşdırıla bilən “M30A1”in Ukrayna qoşunlarının irəliləməsi üçün yolların təmizlənməsi məqsədilə istifadə ediləcəyi gözlənilir”.
Günay Rəsulqızı,
Sfera.az