Daha bir azərbaycanlı müğənni Rusiyanı tərk edərək Bakıya gəldi

Cəmiyyət
15:45 / 06.10.2022
8724
Rusiya şou-biznesində "HammAli" ləqəbi ilə məşhurlaşan azərbaycanlı repçi Aleksandr Əliyev Bakıya gəlib.
Sfera.az axşam.az-a istinadən xəbər verir ki, bu barədə sənətçi sosial şəbəkə hesabında məlumat verib.
Repçi paytaxtımıza gəlişini burada iştirak edəcəyi toy ilə əlaqədar olduğunu açıqlayıb.
Qeyd edək ki, ötən həftə Rusiyanın məşhur video bloqeri Hüseyn Həsənov da Bakıya gəlib.