Alla Puqaçova İsrail vətəndaşı oldu

Maqazin
21:50 / 05.10.2022
16812
Rusiyalı müğənni Alla Puqaçova İsrail vətəndaşı olub.
Sfera.az xəbər verir ki, bu barədə Ukraynanın "Teleqraf" nəşri məlumat yayıb.
Məlumata əsasən, sənəd bu ilin may ayında bir il müddətinə verilib.
Bildirilib ki, müğənni “Darkon” (İsrail xarici pasportu) alıb. Yeni qaydalara əsasən, repatriantlar vətəndaşlıq aldıqdan üç ay sonra və ya sürətləndirilmiş proqram çərçivəsində buna müraciət edə bilərlər. Vətəndaşın ilk sənədi bir il müddətinə etibarlıdır, növbəti sənədin etibarlılığı (İsraildə yaşamaq şərti ilə) beş il olacaq.