Ancelina Colidən qandonduran İDDİA: “Uşaqlardan birini boğdu”

Ancelina Colidən qandonduran İDDİA: “Uşaqlardan birini boğdu”

Boşanmaları ilə bütün dünyanı şoka salan Ancelina Coli və Bred Pitt cütlüyü hər ikisinə məxsus şərab zavodunun satışına görə məhkəməlik olub.

 

Sfera.az bildirir ki, bu iddia çərçivəsində Colinin bəzi ifadələri səs-küy yaradıb.

 

Belə ki, Los Anceles Ali Məhkəməsinə təqdim edilən məhkəmə sənədlərində Coli 2016-cı ilin sentyabrında Pitti zorakılıqda ittiham edərək boşanmalarına səbəb olan mübahisəni ətraflı şəkildə izah edib. Vəziyyəti heç vaxt ictimaiyyətə açıqlamaq istəmədiyini deyən 47 yaşlı Coli ərizəsində 58 yaşlı Pitti altı uşağından birini boğmaqda günahlandırıb. Başqa övladına sillə vurduğunu da iddia edən Coli keçmiş həyat yoldaşı Bred Pitin onun saçından tutub divara çırpdığını bildirib. 2016-cı ilin sentyabrında Fransadan Kaliforniyaya uçan təyyarədə Pittin davranışının uşaqları sarsıtdığını, kürəyində və dirsəklərində yaralar buraxdığını deyən Coli uçuşdan cəmi 5 gün sonra boşanma iddiası qaldırıb. 

 

Qeyd edək ki, Bred Pitt spirtli içkilərlə bağlı problemləri olduğunu etiraf etsə də, uşaqlara qarşı zorakılığı həmişə rədd edib.


 

Türkan,

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Bəy və gəlin güclü qasırğadan qorxmayaraq rəqs etdilər - VİDEO

Tennessi ştatından olan cütlük və onların toy fotoqrafı fırtına fonunda çəkilmiş qeyri-adi toy fotolarından sonra sosial media istifadəçilərini valeh edib. Cütl...

Beyons kiçik qızını ilk dəfə səhnəyə çıxardı - FOTOLAR

43 yaşlı amerikalı müğənni Beyons övladlarını tədricən şou-biznesə cəlb edir. Böyük qızı, 13 yaşlı Blu Ayvi artıq anası üçün daimi ehtiyat rəqqasə olduğu halda,...

Mengele, Eichmann və digər nasistlər: Argentina gizli arxiv sənədləri göstərdi

Adolf Eichmann, Josef Mengele və digər nasistlər İkinci Dünya Müharibəsindən sonra Argentinaya qaçıblar.   Sfera.az bildirir ki, Üçüncü Reyxin yüksək v...

Adanın paytaxtı bir anda xarabalığa çevrildi - FOTOLAR

Bir vaxtlar səs-küylü və gözəl Plimut, Karib dənizinin qayalı Montserrat adasının paytaxtı, indi kül və daş təbəqələri altında xarabalıqlar içərisindədir. &nbs...

Şahzadə Endryu və Epşteyn cinsi istismarda ittiham olunurdu: Virciniya Giuffrenin şübhəli ölümü

Amerikalı milyarder Cefri Epşteyn 18 yaşından kiçik uşaqlara qarşı zorakılıq və insan alveri ittihamı ilə məhkəməni gözləyərkən həbsxanada intiharda şübhəli bil...

ADNA terrorundan 16 il ötür...

Azərbaycan Dövlət Neft Akademiyasında törədilən terrordan 16 il ötür.   Sfera.az xəbər verir ki, terror aktı 2009-cu il aprelin 30-u səhər saat 09:30...