Edilli kəndində aşkarlanan kütləvi məzarlıq – Erməni vəhşiliyinin növbəti nümunəsi

Edilli kəndində aşkarlanan kütləvi məzarlıq – Erməni vəhşiliyinin növbəti nümunəsi

44 günlük Vətən müharibəsində əldə edilən tarixi qələbədən sonra işğaldan azad olunan ərazilərdə təkcə bərpa işləri deyil, eyni zamanda Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş və taleyinə aydınlıq gətirilməyən vətəndaşlarımızla bağlı araşdırma işləri gedir. Bu proses çərçivəsində erməni vəhşiliyinin qurbanı olan vətəndaşlarımızın kütləvi məzarlıqları aşkarlanır. Sonuncu belə kütləvi məzarlıq dünən Xocavəndin Edilli kəndində aşkarlandı.

 

Belə ki, məzarlıqda 12 nəfərin qalıqları üzə çıxıb. Skletlərin geyimlərindən hərbçi olduqları bilinir. Bundan başqa, skletlərin əlləri və ayaqlarının məftil və kəndirlə bağlandığı məlum olub.

 

Edillidə aşkarlanan kütləvi məzarlıq erməni həqiqətlərinin üzə çıxması və bu xalqın əsl mahiyyətinin dünyaya sübutu baxımından çox vacib idi.

 

Bundan öncə də Edillidə kütləvi məzarlıqlar aşkarlanmışdı. Bu baxımdan Edilli kəndi əslində başlanğıc idi və ardının gələcəyi gözlənilirdi. Azərbaycan ordusunun bölmələri Xocalı rayonunun Fərrux kəndini və kəndin ətrafındakı Daşbaşı yüksəkliyini nəzarətə götürdükdən sonra orada səngər qazarkən insan qalıqları aşkar etmişdi. Dünən isə artıq Edillidə ikinci kütləvi məzarlıq aşkarlandı.

 

Hazırkı statistikalara görə, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində Birinci Qarabağ müharibəsində 3 min 890 nəfər Azərbaycan vətəndaşı itkin düşmüş şəxs kimi qeydiyyata alınıb. Onlardan 3 min 171 nəfəri hərbçi, 719 nəfəri mülki şəxsdir. Mülki şəxslərdən 71 nəfəri yetkinlik yaşına çatmamış uşaq, 267 nəfəri qadın, 326 nəfəri yaşlı insanlar olub. Bu odeməkdir ki, hələ aşkarlanmayan kütləvi məzarlıqlar mövcuddur.

 

Ermənilər öldürülən şəxslərin və işgəncə izlərinin itirilməsi məqsədilə onların meyitlərini kütləvi məzarlıqlarda gizlətməyə çalışıb. Xocavəndin Edilli kəndi və Xocalı rayonunun Fərrux kəndininin ətrafındakı Daşbaşı yüksəkliyində aşkarlanan kütləvi məzarlıqlar bunun əyani sübutudur.

 

Edillidə aşkarlanan qalıqlarından da görünür ki, həmin şəxslərin nəşi qeyri-insani rəftara məruz qalıb. Mümkündür ki, həmin şəxslərin bir çoxu xüsusi amansızlıqla öldürülüb. Mümkündür ki, hələ Ağdam, Füzuli, Xocavənd və Şuşa şəhərinin ətraflarında da kütləvi məzarlıqlar olsun. Bu cür kütləvi məzarlıqlar Ermənistan ərazisində olması da istisna deyil.

 

Turan Rzayev


OXŞAR XƏBƏRLƏR