Aİ-dən Rusiyaya YENİ SANKSİYA - Bu şəxsləri və sahələri ƏHATƏ EDƏCƏK

Avropa İttifaqı (Aİ) ölkələri Rusiyaya yeni sanksiyalar paketi ilə bağlı razılaşma əldə ediblər.
Sfera.az xəbər verir ki, “Bloomberg”in əldə etdiyi məlumata əsasən, Aİ ölkələri Rusiya neftinə tavan qiymət tətbiq etməyə razılaşıblar.
Paket həmçinin üçüncü ölkələrə neft satışının dəstəklənməsini və Rusiyanın bəzi yeni yüksək vəzifəli məmurlarına qarşı sanksiyaları, həmçinin digər qadağalardan ibarət olacaq.
“Bloomberg”in məlumatına görə, tavan qiymətin tətbiqi ilə bağlı razılaşma bu gün təsdiqlənəcək.Gözlənilir ki, yeni sanksiyalardan sonra Rusiyanın ixrac imkanları məhdudlaşacaq.
Daha geniş sanksiya paketi bir çox şəxsləri və təşkilatları, o cümlədən Rusiya nazirliklərinin yüksək ranqlı məmurlarını və son vaxtlar böyük əks-səda doğuran referendumların keçirilməsində iştirak edən şəxsləri hədəf alacaq.
Bundan başqa, Rusiya ordusunu əsas texnologiyalardan məhrum etmək üçün aerokosmik məhsullara, elektron komponentlərə və müəyyən kimyəvi maddələrə girişin məhdudlaşdırılacağı gözlənilir. Sözügedən qadağaların bu ilin dekabrdından qüvvəyə minməsi nəzərdə tutulub.
Vasif,
Sfera.az